Məhkəmə qərarları › İş №8(089)-19/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-19/2022

26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-19/2022 26.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Məmmədli Sevinc qızının iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 16 may 2022-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Bənəniyar kəndində doğulmuş, Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)-209/2021-012 nömrəli, 29 noyabr 2021-ci il tarixli icra sənədi 05 yanvar 2022-ci tarixdə, Culfa Rayon Məhkəməsinin 2(089)- 65/2022-019 nömrəli, 18 mart 2022-ci il tarixli icra sənədi 20 aprel 2022-ci il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. Culfa Rayon Məhkəməsinin 2(089)-209/2021-012 nömrəli, 29 noyabr 2021-ci il tarixli icra sənədində Borclu 5235.43 manat əsas borcu, 684.74 manat faiz borcu, 100 manat cərimə borcu və 28.62 manat dövlət rüsumu olmaqla, cəmi 6048.79 manat məbləğində pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-65/2022- 019 nömrəli, 18 mart 2022-ci il tarixli icra sənədində Borclu 1878 manat borcu və 38.78 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1916.78 manat məbləğində pulun alınaraq "ABC-Telecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir. Həmçinin icra sənədlərinə görə Borclu 557.59 manat məbləğində icra ödənişini Culfa Rayon İcra və X1 Muxtar Respublikası Maliyyə Nazirliyində olan xüsusi fonduna köçürməlidir. Həmin qərarlar və tələblərin könüllü icrası barədə bildirişlərdə Borclu tələblərin könüllü təmin edilməsi təklif olunmuş və tələblər könüllü təmin edilmədikdə, barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu icra sənədləri üzrə tələbi tam təmin etməmiş, 16 may 2022-ci il tarixə 8523.16 manat borcu vardır. Borclu icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması müəyyən edilmişdir. Borclu tələblərin təmin edilməsindən yayındığı, qeydiyyatda olduğu ünvanda yaşamadığı və ölkə sərhədlərindən kənara çıxma ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 8523.16 manat borcunun Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və "xxxx" ASC-yə, "ABC-Telecom” MMC-yə rəsmi qaydada məlumat verilmiş, borclu və tələbkarların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Tələbkar "ABC-Telecom” MMC-nin nümayəndəsi teleqramla məhkəməyə müraciət etmiş, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarların nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin o, tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 8523.16 manat borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx xxxxxx 1975-cı il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar