Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-19/2023 24.08.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 09 avqust 2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatla məhkəməyə müraciət etmiş, borclu xx.xx.1986- cı ildə Culfa rayon Cuğa kəndində doğulmuş, Culfa rayon Gülüstan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi C.Əsgərli təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023- cü il tarixli qərarla icraata başladığım, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-62/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu xx.xx.1986- cı ildə Culfa rayon Cuğa kəndində doğulmuş, Culfa rayon Gülüstan kəndində qeydiyyatda olan Borclu və X4 ümumilikdə 10628.08 manat məbləğində pul vəsaiti və 121.88 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilən icra sənədi xx.xx.2023-cü il tarixdə Naxçıvan MR ƏN Culfa Rayon icra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin icra sənədində göstərilən tələb borclu tərəfindən ümumiyyətlə təmin edilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu bugünkü tarixə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yuxarıda qeyd olunan məbləğdə kredit borcu və 753 manat yaranmış icra ödənişi borcu qalmaqdadır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. İcra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən Borclu tələbin təmin edilməsindən yayındığı və ölkə sərhədlərindən kənara getmək ehtimalının olduğu müəyyən edilmişdir. Hesab edirəm ki, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra tədbiri tətbiq edilməlidir. Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra tədbiri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə borcun Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və tələbkara rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, kredit borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1986- cı ildə Culfa rayon Cuğa kəndində doğulmuş, Culfa rayon Gülüstan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(089)-19/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-19/2023
24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver