Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-2/2023 20.02.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Məmmədli Sevinc qızının iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 07 fevral 2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Ləkətağ kəndində doğulmuş, Culfa rayon Ləkətağ kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)-131/2015 nömrəli, 24 noyabr 2015-ci il tarixli icra sənədi 24 noyabr 2015-ci tarixdə, Culfa Rayon Məhkəməsinin e- 2(089)-209/2022-016 nömrəli, 07 dekabr 2022-ci il tarixli icra sənədi 07 dekabr 2022-ci il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. 2(089)- 131/2015 nömrəli icra sənədində 25 iyul 2015-ci il tarixdən hesablamaqla 21 iyun 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək Borclu əməkhaqqının ¼ hissəsi miqdarında alimentin tutularaq Əlioğlu (Bədəlova) Günel Oqtay qızının xeyrinə ödənilməsi, e-2(089)-209/2022-016 nömrəli icra sənədində Borclu və X4 6044.28 manat əsas borcu, 947.45 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 7041.73 manat borcun və ödənilmiş 95.45 manat dövlət rüsumunun 94.86 manat hissəsinin tutularaq tələbkar "Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədləri icraata qəbul edilmiş, tələblərin könüllü icrası barədə bildirişlər borcluya göndərilmiş, Borclu tələblərin könüllü təmin edilməsi təklif olunmuş və tələblər borclu tərəfindən könüllü təmin edilməmişdir. Borclu Culfa Rayon Məhkəməsinin 2(089)-131/2015 nömrəli, 24 noyabr 2015-ci il tarixli icra sənədi üzrə tələbkar Əlioğlu (Bədəlova) Günel Oqtay qızına 1320 manat aliment borcu və Culfa Rayon Məhkəməsinin e-2(089)- 209/2022-016 nömrəli, 07 dekabr 2022-ci il tarixli icra sənədi üzrə "Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə 7136.59 manat kredit borcu yaranmışdır. Borclu icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması müəyyən edilmişdir. Borclu ölkə sərhədlərindən kənara getmək ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədləri üzrə 8456.59 manat borcunun Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borcluna, tələbkar G.Əlioğluna və "Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilmiş, Borclu, G.Əlioğlu və Naxçıvan Bank ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 8456.59 manat borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədləri tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. 13 mart 1989-cu il tarixdə Culfa rayonunun Ləkətağ kəndində doğulmuş, Culfa rayonunun Ləkətağ kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(089)-2/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-2/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver