Məhkəmə qərarları › İş №8(089)-20/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-20/2023

31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-20/2023 31.08.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 iştirakı ilə, borclu X8 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 10 avqust 2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X7 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Dizə kəndində doğulmuş, Culfa rayon Dizə kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi C.Əsgərli təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı, Culfa Rayon Məhkəməsinin 2(089)-47/2023-011 nömrəli, 13,06.2023-cü il tarixli icra sənədinə əsasən, borclu xx.xx.1973-cü ildə Culfa rayon Dizə kəndində doğulmuş, Culfa rayon Dizə kəndində qeydiyyatda olan Borclu xx.xx.2005-ci il tarixdə doğulmuş X9 və xx.xx.2008-ci il tarixdə doğulmuş X1 üçün bir uşaq üçün 130 manat olmaqla, hər ay 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Alimentin tutulması Culfa Rayon Məhkəməsinin 2(089)-47/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Göstərilən icra sənədi xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin icra sənədində göstərilən tələb borclu tərəfindən tam olaraq təmin edilməmişdir. Borcluya bölmə tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu tələbkar X6 bugünkü tarixə (xx.xx.2023-cü il tarixinə) 1008 manat aliment borcu yaranmışdır. Tələbin təmin edilməsi üçün Borclu adna əmlak və mülk müəyyən edilməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır, icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən Borclu tələbin təmin edilməsindən qəsdən yayındığı və ölkə sərhədlərindən kənara getmək ehtimalının olduğu müəyyən edilmişdir. Bu səbəbdən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra tədbiri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X7 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 1008 manat məbləğində aliment borc olduğunu, xx.xx.1973-cü ildə Culfa rayon Dizə kəndində doğulmuş, Culfa rayon Dizə kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və tələbkara rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 1008 manat məbləğində aliment borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1973-cü ildə Culfa rayon Dizə kəndində doğulmuş, Culfa rayon Dizə kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar