Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-21/2022 03.06.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Məmmədli Sevinc qızının iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X1 iştirakı ilə, Borclu məcburi gətirilməsinə dair Culfa Rayon İcra və Probasiya bölməsinin 24 may 2022-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X4 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Saltaq kəndinə qeydiyyatda olan Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X4 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)- 162/2021-011 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra sənədi 18 noyabr 2021-ci il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədində Culfa Rayon Məhkəməsinin 2(089)-162/2021 nömrəli, 13 avqust 2021-ci il qərardadı ilə müvəqqəti olaraq müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla, Borclu 17 noyabr 2021-ci il tarixdən hesablanmaqla 04 mart 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq X6 qızına verilməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclu tələbkarla aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmədiyini, alimenti heç vaxt ödəməyəcəyini, bölməyə gəlməyəcəyini və barəsində istənilən tədbirin görülməsinin onun üçün maraqlı olmadığını bildirmişdir. Borclu icra sənədi üzrə tələbkar X3 500 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X4 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 500 manatın borcu Borclu alınması üçün, onun məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata borclunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında 18 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin tələb onun tərəfindən icra edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Culfa Rayon Məhkəməsinin 2(089)-162/2021-011 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 1972-ci il tarixdə doğulmuş, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan, Gal kəndində yaşayan Borclu icra yerinə, yəni Culfa rayon İcra və Probasiya bölməsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Təqdimat təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-162/2021-011 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 1972-ci il tarixdə doğulmuş, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olan, Culfa rayonunun Gal kəndində yaşayan Borclu icra yerinə, yəni Culfa rayon İcra və Probasiya bölməsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Culfa Rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(089)-21/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-21/2022
03.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver