Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-21/2025 11.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 8 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)- 56/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)- 152/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-244/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri müvafiq olaraq ardıcıllıqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. Culfa Rayon Məhkəməsinin e-2(089)- 56/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində Borclu cəmi 2304.37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Culfa Rayon Məhkəməsinin e-2(089)- 152/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində cəmi 3910.08 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X4" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə və Culfa Rayon Məhkəməsinin e-2(089)-244/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində cəmi 2458.14 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir. Göstərilən icra sənədləri Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş və icra sənədlərində olan tələblərin könüllü təmin edilməsi xahiş olunmuşdur. Lakin icra sənədlərində göstərilən tələblər borclu tərəfindən tam təmin edilməmiş, borcluya xəbərdarlıq edilmiş və barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Culfa Rayon Polis Şöbəsinə göndərilmiş, Borclu xx.xx.2023-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarış tədbirləri nəticəsində tutularaq Culfa rayon icra və probasiya bölməsinə təhvil verilmişdir. Borclu Culfa rayon icra və probasiya bölməsində verdiyi izahatında maddi imkanı və işsiz olduğundan pul borclarını ödəmədiyini bildirmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş, tələbkar "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə 474.37 manat, tələbkar "X4" Açıq Səhmdar Cəmiyyətinə 3910.08 manat və tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2458.14 manat pul borcu qalmaqdadır. Borclu icra sənədi üzrə icra hərəkətləri həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması, ölkə sərhədlərindən kənara çıxma ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu A.Səbrəliyevə, tələbkarlara və icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclunun, tələbkarların nümayəndələrinin və icra məmurunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 6842.59 manat pul borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. 15.071.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №8(089)-21/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-21/2025
11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver