Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-22/2023 28.08.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 iştirakı ilə, Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsinə dair Culfa Rayon İcra və Probasiya bölməsinin 24 avqust 2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X5 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa Rayonu Xoşkeşin kəndində qeydiyyatda olan Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X5 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı, Abşeron Rayon Məhkəməsinin e-16(012)-178/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu xx.xx.1979-cu ildə Culfa rayon Xoşkeşin kəndində doğulmuş, Culfa rayon Xoşkeşin kəndində qeydiyyatda olan Borclu yekun məhkəmə qətnaməsi çıxarılanadək, xx.xx.2008-ci ildə doğulmuş X6, xx.xx.2011-ci idə doğulmuş X3 və xx.xx.2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, bir uşağa görə 180 manat olmaqla, hər ay cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Borcluya icraata başlamaq haqqında qərarın surəti və bildiriş çatdırılsa da, ona tərəfimizdən edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq bölməyə gəlməkdən boyun qaçırmışdır.xx.xx.2023-cü il tarixə Borclu Tələbkar 1620 manat məbləğində aliment borcu yaranmışdır. Sonuncu dəfə qardaşı X7 ilə əlaqə saxlanılan zaman o, Borclu Şahbuz rayonuna getdiyini, qayıdacağı təqdirdə bölməyə gələcəyini bildirdi. Lakin bugünkü tarixədək borcluya edilən xəbərdarlıqlara baxmayaraq, icra sənədi üzrə tələbi təmin etməmiş və bölməyə gəlməmişdir. Odur ki, Azərbaycan Respublikası İcra haqqında qanunun 84.2-ci maddəsinə əsasən Borclu Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X5 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə tələbkrar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin tələb onun tərəfindən icra edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e- 16(012)-178/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1979-cu ildə Culfa rayon Xoşkeşin kəndində doğulmuş, Culfa rayon Xoşkeşin kəndində qeydiyyatda olan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-16(012)-178/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1979-cu ildə Culfa rayon Xoşkeşin kəndində doğulmuş, Culfa rayon Xoşkeşin kəndində qeydiyyatda olan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Culfa Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(089)-22/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-22/2023
28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver