Məhkəmə qərarları › İş №8(089)-25/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-25/2024

23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-25/2024 23.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Culfa rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə Borclu Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2024-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 təqdimatla məhkəməyə müraciət etmiş, Culfa rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə Borclu Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 təqdimatı onunla əsaslandırmışdır ki, 12 sentyabr 2024-cü il tarixli qərarla icraatına başladığı Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə Borclu Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu və Tələbkar birgə nikahda olduqları müddətdə əldə edilmiş əmlak olduğundan, nəqliyyat vasitəsinin dəyərinin, 14500 manat məbləğində pulun yarısı, 7250 manatın Borclu alınıb Tələbkar verilməsi, Culfa rayon Yaycı kəndində Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə (JN-1607A nömrəli "Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə”) verilmiş, Borclu mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş iki otaqdan ibarət fərdi yaşayış evinin, həyət hasarının inşasına və evin təmirinə Borclu və Tələbkar birgə nikahda olduqları müddətdə xərclədikləri 29.094 manat məbləğində pulun yarısı, 14.547 manatın Borclu alınıb Tələbkar verilməsi, 50 manat məbləğində dövlət rüsumunun Borclu alınıb dövlət büdcəsinə keçirilməsi, ödənilmiş 138 manat dövlət rüsumunun 92.54 manat hissəsinin Borclu alınıb Tələbkar xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədinin icraata daxil olması və icraata götürülməsinə dair icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü il tarixdə Borclu göndərilmişdir. Qərar və tələbin könüllü icrası barədə bildiriş rəsmi qaydada Borclu çatdırılmışdır. Qərar və bildirişdə Borclu icra sənədində göstərilən tələbin könüllü təmin edilməsi təklif olunmuş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi bildirilmiş və bölməyə dəvət edilmişdir. Borclu tələbi könüllü icra müddəti ərzində təmin etməmiş və bölməyə gəlməmişdir. Tələbi təmin etmədiyindən ona xəbərdarlıq edilmiş və təkrarən bölməyə dəvət edilmişdir. Xəbərdarlıq Yaycı kənd İƏD üzrə nümayəndəlik tərəfindən borcluya təqdim edilmişdir. Lakin yenə də Borclu tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmışdır. Borclu ilə sonuncu dəfə əlaqə saxlanılaraq bölməyə dəvət edilsə də, borclu məsələ ilə bağlı laqeyd şəkildə vaxtının olmadığını, vaxtı olanda gələ biləcəyini bildirmişdir. Belə müəyyən olunur ki, borclu tələbin təmin edilməsindən qəsdən və qərəzli olaraq yayınır. Borclunun icra sənədində göstərilən miqdarda borcları qalmaqdadır. Həmçinin tələb könüllü icra müddəti ərzində təmin edilmədiyindən Borclu 1535.70 manat məbləğində icra ödənişi borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə və icra ödənişi borcunun ödənilməsi üçün məcburi icra tədbiri kimi borclunun adına olan yuxarıda qeyd olunan əmlakların üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Hesab edir ki, tələblərin təmin edilməsi üçün icra sənədi üzrə Borclu məxsus Culfa rayon Yaycı kəndində Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə (JN- 1607A nömrəli "Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə”) verilmiş, Borclu mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu və Tələbkar birgə nikahda olduqları müddətdə əldə edilmiş əmlak olduğundan, nəqliyyat vasitəsinin dəyərinin, 14500 manat məbləğində pulun yarısı, 7250 manatın Borclu alınıb Tələbkar verilməsi və Culfa rayonunun Yaycı kəndində Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə (JN-1607A nömrəli “Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə”) verilmiş, Borclu mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş iki otaqdan ibarət fərdi yaşayış evinin, həyət hasarının inşasına və evin təmirinə Borclu və Tələbkar birgə nikahda olduqları müddətdə xərclədikləri 29.094 manat məbləğində pulun yarısı, 14.547 manatın Borclu alınıb Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Culfa Rayon Məhkəməsinin 2(089)105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən 12 sentyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu bildiriş göndərilmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2024-cü il tarixli təqdimatından müəyyən olunur ki, Borclu Tələbkar 21889.54 manat borcu vardır. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Culfa rayon şöbəsinin 03/48 nömrəli, 18 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Borclu adına Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində mənzil və fərdi yaşayış evi qeydə alınmamışdır. Lakin, Culfa rayonunun Yaycı kəndində yerləşən 1239.33 m2 həyətyanı və 1851.99 m2 kənd təsərrüfat təyinatlı torpaq sahələri mövcuddur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus Culfa rayonunun Yaycı kəndində yerləşən 1239.33 kv.m həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-55-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. Culfa rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar