Məhkəmə qərarları › İş №8(089)-27/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-27/2025

24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-27/2025 24.04.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa şəhəri, C.Сabarlı küçəsi, ev 2, mənzil 10 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)- 271/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)- 42/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri müvafiq ardıcıllıqla, xx.xx.2023cü il və xx.xx.2024-cü il tarixlərdə Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. Culfa Rayon Məhkəməsinin e-2(089)- 271/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində Borclu 4183.80 manat əsas borc, 188.09 manat faiz borcu, 26 manat cərimə borcu, 66.38 manat ödənilmiş dövlət rüsumunun 62.95 manat hissəsi olmaqla, cəmi 4.460.84 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə və Culfa Rayon Məhkəməsinin e-2(089)- 42/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində isə 12 may 2022-ci il tarixli, 01195015 nömrəli müqavilə üzrə 76.50 manat əsas borc, 11.40 manat cərimə borcu, 19 oktyabr 2022-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 586.90 manat əsas borc, 88 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 792.80 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir. Göstərilən icra sənədləri Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, qərarların surəti bildirişlə Borclu göndərilmiş, icra sənədlərində olan tələblərin könüllü təmin edilməsi xahiş olunmuşdur. Lakin icra sənədlərində göstərilən tələblər borclu tərəfindən təmin edilməmiş, Borcluya xəbərdarlıq edilmişdir. Borclu icra sənədləri üzrə tələbləri təmin etməmiş, tələbkarlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1460.84 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 792.80 manat pul borcu və tələblər könüllü icra müddəti ərzində ödənilmədiyindən 367.76 manat məbləğində icra ödənişi borcu qalmaqdadır. Borclu icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakının olmaması, ölkə sərhədlərindən kənara çıxma ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, tələbkarlar "xxxx" ASC-yə, "xxxx" MMC-yə və icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclunun, icra məmurunun və tələbkarların nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 2253.64 manat borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar