Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-28/2024 14.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2024-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa şəhəri, Xəqani küçəsi, ev 5 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Borclu Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1273/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 3669.62 manat pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6950/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 7563.08 manat pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1151/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 5047.07 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3004/2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 285 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 813/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 8822.21 manat pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-613/2024-027 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədinə əsasən cəmi 10190.21 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar4 xeyrinə ödənilməsi qeyd edilmişdir. Qeyd olunan icra sənədləri ardıcıl olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədlərinin icraata qəbul edilməsi barədə qərarlar qəbul edilmiş və qərarlar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərarlar və tələbin könüllü icrası barədə bildirişlərdə Borclu tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və bölməyə dəvət olunmuşdur. Lakin Borclu tələbləri təmin etməmiş və bölməyə gəlməkdən yayınmışdır. Borclu icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması, borclunun ölkə sərhədlərindən kənarda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu və tələbkarlara, icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 35677.19 manat borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədləri tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə .... Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(089)-28/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-28/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver