Məhkəmə qərarları › İş №8(089)-29/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-29/2023

29.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-29/2023 29.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayonunun Ərəfsə kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X6 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin e-2(089)-222/2022-013 nömrəli, 06 dekabr 2022-ci il tarixli icra sənədi 18 yanvar 2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədində Borclu və X5 7152.21 manat məbləğində borcu və 91.52 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya çatdırılması üçün Culfa rayon İH-nin Ərəfsə kənd İƏD üzrə nümayəndəliyindnə göndərilmiş, Culfa rayon İH-nin Ərəfsə kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda borclu Rzayev X1 yaşadığından məktubun borclunun atası X8 verildiyi qeyd edilmişdir. Borclu tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçirəcəyi barədə borcluya xəbərdarlıq edilmiş və iltizamı alınmışdır. Lakin Borclu icra sənədi üzrə tələbi təmin etməmiş, "xxxx" ASC-nə 7152.21 manat kredit borcu qalmışdır. Borclu icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması müəyyən edilmişdir. Borclu ölkə sərhədlərindən kənara çıxma ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi icra məmuru məmuru X6 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 7152.21 manat kredit borcunun və 91.52 manat ödənilmiş dövlət rüsumunun Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və tələbkar "xxxx" ASC-nə rəsmi qaydada məlumat verilmiş, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 7152.21 manat kredit borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə Culfa rayonunun Ərəfsə kəndində doğulmuş, Culfa rayonun Ərəfsə kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar