Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-30/2022 24.10.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Məmmədli Sevinc qızının iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 06 oktyabr 2022-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Əbrəqunus kəndində doğulmuş, Culfa rayon Əbrəqunus kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)-34/2022-010 nömrəli, 03 fevral 2022-ci il tarixli icra sənədi 04 fevral 2022-ci il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədində Borclu 14 dekabr 2021-ci il tarixdən hesablanmaqla 06 oktyabr 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq Tələbkar verilməsi və Borclu 35.60 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və Culfa Rayon İcra və Probasiya bölməsinə dəvət olunmuş, lakin Borclu tələbi təmin etməmiş və bölməyə gəlməkdən yayınmışdır. Borclu icra sənədi üzrə tələbi tam təmin etməmiş, 01 oktyabr 2022-ci il tarixə 530 manat aliment borcu yaranmışdır. Borclu icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması müəyyən edilmişdir. Borclu ölkə sərhədlərindən kənarda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, həmçinin bildirmişdir ki, icra sənədi üzrə 530 manat məbləğində aliment borcu tələbkarın icra bölməsinə təqdim etdiyi ərizədən ödənilməsi müəyyən edilmişdir. Məhkəməyə 14 oktyabr 2022-ci il tarixli məktubla müraciət edilmiş, borclunun barəsində görülmüş icra tədbirləriin ləğv edilməsi xahiş edilmişdir. Məktubda qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkar rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat təmin edilməməlidir. Belə ki, Culfa rayon İcra və Probasiya Bölməsindən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli, e29856/2022-96-4-001 nömrəli məbkubda qeyd edilmişdir ki, borclu tərəfindən 01 oktyabr 2022-ci il tarixədək olan aliment borcu ödənilmiuşdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə .... Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: xx xxxxx 1974-cü il tarixdə Culfa rayon Əbrəqunus kəndində doğulmuş, Culfa rayon Əbrəqunus kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Culfa rayon İcra və Probasiya Bölməsinin təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(089)-30/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-30/2022
24.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver