Məhkəmə qərarları › İş №8(089)-30/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-30/2025

16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-30/2025 16.05.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu Fəxirəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Qazançı kəndində qeydiyyatda olan Borclu Fəxirəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)-31/2025-025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədində Borclu Fəxirəddin oğlundan 32950 manat məbləğində pul və 189 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33139 manat məbləğində pul vasaitinin alınaraq Tələbkar verilməsi qeyd edilmişdir. Göstərilən icra sənədi Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu Fəxirəddin oğluna göndərilmiş və tələbin könüllü təmin edilməsi xahiş olunmuş, tələb təmin etmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçirəcəyi barədə borcluya xəbərdarlıq edilmiş və bölməyə dəvət edilmişdir. Lakin icra sənədində göstərilən tələb borclu tərəfindən təmin edilməmiş və bölməyə gəlməkdən yayınmışdır. Borclu Fəxirəddin oğlu icra sənədi üzrə tələbi təmin etməmiş, Tələbkar 33139 manat məbləğində pul borcu və tələbin könüllü icra müddəti ərzində ödəmədiyindən 2319.73 manat məbləğində icra ödənişi borcu yaramışdır. Borclu Fəxirəddin oğlu icra sənədi üzrə icra hərəkətləri həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması, ölkə sərhədlərindən kənara çıxma ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, Tələbkar və icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu Fəxirəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu Fəxirəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən Borclu Fəxirəddin oğlu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu Fəxirəddin oğlu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 33139 manat pul borcu var. Bu səbəbdən də Borclu Fəxirəddin oğlunun ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1986-cı il tarixdə Culfa rayonunun Qazançı kəndində doğulmuş, Culfa rayonunun Qazançı kəndində qeydiyyatda olan Borclu Fəxirəddin oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar