Məhkəmə qərarları › İş №8(089)-31/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-31/2023

20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-31/2023 20.10.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 11 oktyabr 2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa şəhəri, Xəqani küçəsi, ev 30, mənzil 5 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin e-2(089)-119/2023-015 nömrəli, 01 may 2023-cü il tarixli, Culfa Rayon Məhkəməsinin e-2(089)-234/2023-010 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədləri 13 iyun 2023-cü il və xx.xx.2023-cü il tarixlərində Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədlərində Borclu 4900 manat əsas borc, 947.15 manat faiz və 78.47 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5925.62 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Borclu 747.06 manat əsas borc, 199.52 manat faiz borcu, 25.32 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1001.90 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "X5" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir, həmçinin həmin icra sənədlərinə görə yaranmış 414.80 manat və 70.13 manat məbləğində icra ödənişiləri Culfa Rayon İcra və X2 Muxtar Respublikası Maliyyə Nazirliyində olan xüsusi fonduna köçürülməlidir. İcra sənədlərinin icraata qəbul edilməsi barədə qərarlar qəbul edilmiş və qərarlar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərarlar və tələblərin könüllü icrası barədə bildirişlərdə Borclu tələblərin könüllü təmin edilməsi təklif olunmuş və tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və Culfa Rayon İcra və Probasiya bölməsinə dəvət olunmuş, lakin Borclu tələbləri təmin etməmiş və bölməyə gəlməkdən yayınmışdır. Borclu icra sənədlər üzrə tələbləri təmin etməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 5925.62 manat və "X5" Açıq Səhmdar Cəmiyyətinə 1001.90 manat məbləğində kredit borcu vardır. Borclu icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlak və mülkün olmaması müəyyən edilmişdir. Borclu ölkə sərhədlərindən kənarda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədləri üzrə Borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 5925.62 manat və "X5" Açıq Səhmdar Cəmiyyətinə 1001.90 manat məbləğində kredit borcunun yarandığını, 5925.62 və 1001.90 manat məbləğində kredit borcunun Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, tələbkar Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə və "X5" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilmiş, borclu və tələbkarların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclunun və tələbkarların nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 5925.62 və 1001.90 manat məbləğində kredit borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədləri tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə .... Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar