Məhkəmə qərarları › İş №8(089)-4/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-4/2024

11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-4/2024 11.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 iştirakı ilə, Borclu Kamil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 22 fevral 2024-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayonun Qızılca kəndində qeydiyyatda olan Borclu Kamil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-90/2023-012 nömrəli, xx.xx.2023-cu il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədində Borclu Kamil oğlundan 7210.26 manat məbləğində borc pulun və 92.51 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu Kamil oğluna tələbin könüllü təmin edilməsi təklif olunmuş, lakin icra sənədində göstərilən tələb borclu tərəfindən təmin edilməmiş, borcluya xəbərdarlıqlar edilmişdir. Lakin Borclu Kamil oğlu icra sənədi üzrə tələbi tam təmin etməmiş, Tələbkar ASCnə 6502.77 manat məbləğində pul borcu yaranmışdır. Borclu icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması, ölkə sərhədlərindən kənara getmək ehtimalının olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 6502.77 manat borcun Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkar ASC-nə rəsmi qaydada məlumat verilmiş, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Tələbkar ASC-nin nümayəndəsi C.Cavadov ərizə ilə məhkəməyə müraciət etmiş, Borclu icra sənədi üzrə borcunun 6372.77 manat borcunun olmasını bildirmiş, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu Kamil oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də müəyyən olunur ki, Borclu Kamil oğlu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu Kamil oğlu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 6372.77 manat borcu var. Bu səbəbdən də Borclu Kamil oğlunun ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1996-cı il tarixdə Culfa rayonunun Qızılca kəndində doğulmuş, Culfa rayonunun Qızılca kəndində qeydiyyatda olan Borclu Kamil oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar