Məhkəmə qərarları › İş №8(089)-4/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-4/2025

11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-4/2025 11.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Yaycı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)-111/2024-009 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədində Borclu 15000 manat məbləğində pul vəsaitinin və 135 manat dövlət rüsumunun tutularaq Tələbkar1 xeyrinə ödənilməsi qeyd edilmişdir. Həmçinin 29 noyabr 2024-cü il tarixdə icraata daxil olmuş Culfa Rayon Məhkəməsinin e-2(089)-73/2024-016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu 10000 manat məbləğində pul vəsaitinin və 120 manat dövlət rüsumunun tutularaq Tələbkar2 Həmizə oğlunun xeyrinə ödənilməsi qeyd edilmişdir. Göstərilən icra sənədləri Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin icra sənədlərində göstərilən tələb borclu tərəfindən ümumiyyətlə təmin edilməmiş, tələbkarlara olan borc olduğu kimi qalmaqdadır. Borcluya tərəfimizdən xəbərdarlıq edilmişdir Borclu X3 icra sənədləri üzrə tələbləri təmin etməmiş, Borclu 25000 manat məbləğində pul borcu yaramışdır. Borclu icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlak və mülkün olmaması, borclunun ölkə sərhədlərindən kənara çıxma ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, tələbkarlar Tələbkar2 və Tələbkar1, icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclunun, tələbkarların və icra məmurunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də müəyyən olunur ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 25000 manat pul borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədləri icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1999-cu il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar