Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-41/2025 11.08.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya Bölməsinin 29 iyul 2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa şəhəri M.Hüseynzadə küçəsi, ev 28, mənzil 4 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-113/2025-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, borclu-xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 4176.70 manat əsas borc, 192.85 manat faiz borcu və 64 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4433.55 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixində Naxçıvan MR ƏN Culfa rayon icra və probasiya bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş və icra sənədində olan tələbin könüllü təmin edilməsi xahiş olunmuşdur. Borclu tələb təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmiş və bölməyə dəvət olunmuşdur. Lakin icra sənədi üzrə Borclu tələbi təmin etməmiş və bölməyə gəlməkdən yayınmışdır. Məlumat üçün bildirir ki, Borclu hazırda Tələbkar Açıq Səhmdar Cəmiyyətinə 4433.55 manat məbləğində pul borcu qalmaqdadır. Tələbin təmin edilməsi üçün Borclu adına əmlak və mülk müəyyən edilməmişdir. İcra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən Borclu tələbin təmin edilməsindən yayındığı və ölkə sərhədlərindən kənarda olduğu müəyyən edilmişdir. Hesab edir ki, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də müəyyən olunur ki, Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxtı barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmışdır. 4433.55 manat pul borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №8(089)-41/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-41/2025
11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver