Məhkəmə qərarları › İş №8(089)-6/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-6/2024

19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-6/2024 19.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva Günel Həsən qızının katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X5 və Borclu iştirakı ilə, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 borclunun icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X5 Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsi barədə təqdimatla Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. X5 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon İcra və Probasiya bölməsinə daxil olmuş Culfa Rayon Məhkəməsinin e-2(089)-18/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 Tələbkar yanında qalması, qətnamə qanuni qüvvəyə mindikdən sonra X3 Borclu alınıb Tələbkar verilməsi, 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Borclu alınıb Tələbkar verilməsi, Culfa Rayon Məhkəməsinin 2(089)-18/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərardadı ilə müvəqqəti olaraq müəyyən edilmiş, ödənilmiş və ödənilməmiş aliment məbləği nəzərə alınmaqla, alimentin tutulmasının 04 fevral 2019-cu il tarixdə doğulmuş X3 Borclu alınıb Tələbkar verildiyi vaxtdan hesablanması, Borclu 50 manat məbləğində pulun alınıb dövlət büdcəsinə keçirilməsi qeyd edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə Borclu göndərilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü il tarixdə Borclu təqdim olunmuş və icra hərəkətlərinin xx.xx.2024-cü il tarixdə, saat 10:00-da həyata keçiriləcəyi Borclu bildirilmiş, tələbin könüllü təmin edilməsi təklif olunmuşdur. Borclu xx.xx.2024-cü il tarixdə bölməyə gəlmiş, lakin 04 fevral 2019-cu il tarixdə doğulmuş X4 xəstə olduğu üçün özü ilə gətirmədiyini bildirmiş, uşağın xəstəliyi ilə bağlı bölməyə hər hansı bir sənəd təqdim etməmişdir. Culfa Rayon İcra və Probasiya Bölməsində xx.xx.2024-cü il tarixdə uşağın Borclu alınaraq Tələbkar verilməsinin mümkün olmaması ilə bağlı akt tərtib olunmuş, Borclu həmin akta imza etməkdən, izahat verməkdən və ona edilən xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Borclu könüllü icra müddəti ərzində tələbi təmin etməmiş və icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş müddət xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İcra sənədinə əsasən 04 fevral 2019-cu il tarixdə doğulmuş X1 Borclu alınıb Tələbkar verilməsi ilə bağlı müvafiq icra tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Borclu 04 fevral 2019-cu il tarixdə doğulmuş X6 ilə birlikdə xx.xx.2024- cü il tarixdə bölməyə gəlməsi, gəlməyəcəyi təqdirdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq sifarişli məktubla göndərilmiş, lakin Borclu məktubu almamışdır. Borclu icra sənədinin icrası ilə əlaqədar çağırışa gəlməkdən üzrsüz səbəbdən yayınmış və gəlməməyinin səbəbləri barədə bölməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatın əsassız olduğunu bildirmiş, 26 fevral 2024-cü il tarixdə icra bölməsinə gəlməsi barədə bildirişi almamış və icra bölməsinə gəlməmişdir. İş üzrə borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X5 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdimat verən şəxsin, borclunun izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında 09 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin tələb onun tərəfindən icra edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənədək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Culfa Rayon Məhkəməsinin e- 2(089)-18/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxx 1996-cı il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan və yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Culfa Rayon Məhkəməsinin e-2(089)-18/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxx 1996-cı il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan və yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilsin Qərardadın icrası Culfa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar