Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-7/2025 10.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, təqdimat verən şəxs-Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X2 iştirakı ilə, Culfa rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulması barədə Culfa Rayon İcra və Probasiya Bölməsinin 03 fevral 2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 təqdimatla məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu xx.xx.1975-ci ildə Culfa rayonunun Yaycı kəndində doğulmuş, Culfa rayonunun Yaycı kəndində qeydiyyatda olan Borclu Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin, 14500 manat məbləğində pulun yarısı, 7250 manat Borclu alınıb Tələbkar verilməli, Culfa rayonunun Yaycı kəndində Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə (JN-1607A nömrəli "Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə”) verilmiş, Borclu mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş iki otaqdan ibarət fərdi yaşayış evinin, həyət hasarının inşasına və evin təmirinə xərclənmiş 29.094 manat məbləğində pulun yarısı, 14.547 manat Borclu alınıb Tələbkar verilməli, 50 manat məbləğində dövlət rüsumu Borclu alınıb dövlət büdcəsinə keçirilməli, ödənilmiş 138 manat dövlət rüsumunun 92.54 manat hissəsi Borclu alınıb Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icraata daxil olması və icraata götürülməsinə dair icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü il tarixdə Borclu göndərilmişdir. Qərar və tələbin könüllü icrası barədə bildiriş rəsmi qaydada Borclu çatdırılmışdır. Qərar və bildirişdə Borclu icra sənədində göstərilən tələbin könüllü təmin edilməsi təklif olunmuş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin tətbiq ediləcəyi bildirilmiş və bölməyə dəvət edilmişdir. Borclu tələbi könüllü icra müddəti ərzində təmin etməmiş və bölməyə gəlməmişdir. Tələbi təmin etmədiyindən ona xəbərdarlıq edilmiş və təkrarən bölməyə dəvət edilmişdir. Xəbərdarlıq Yaycı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən borcluya təqdim edilmişdir. Lakin, yenə də Borclu tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmışdır. Borclu ilə sonuncu dəfə əlaqə saxlanılaraq bölməyə dəvət edilsə də, borclu məsələ ilə bağlı laqeyd şəkildə vaxtının olmadığını, vaxtı olanda gələ biləcəyini bildirmişdir. Əlavə olaraq, Borclu məxsus Culfa rayonunun Yaycı kəndində Culfa rayon Aqrar islahat Komissiyasının 07 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə (JN-1607A nömrəli "Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə”) verilmiş, Borclu mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsi üzərinə Culfa Rayon Məhkəməsinin 8(089)-25/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Əmlakın satılması və tələbin təmin edilməsi üçün Naxçıvan MR iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində "X3" X7 müvafiq sifarişin göndərilməsi üçün qiymətləndirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ Culfa Rayon Şöbəsinə məktubla müraciət edilmişdir. Həmin şöbə tərəfindən xx.xx.2025-ci il tarixdə bölməyə müraciət olunaraq qeyd olunan əmlakın bazar dəyərinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaka baxış keçirilməsi üçün mühəndis-qiymətləndiriciyə Borclu şərait yaratmadığı əsas gətirilərək qiymətləndirmənin mümkün olmadığı bildirilmişdir. Belə müəyyən olunur ki, borclu tələbin təmin edilməsindən qəsdən və qərəzli olaraq yayınır. Məhkəmə qərarının icrasına laqeyd yanaşır. Borclunun icra sənədində göstərilən miqdarda borcları qalmaqdadır. Həmçinin tələb könüllü icra müddəti ərzində təmin edilmədiyindən Borclu 1535.70 manat məbləğində icra ödənişi borcu da yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi borclunun adına olan Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və borclu xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi Coşqun Əsgərli təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, təqdimatın təmin edilməsini xahiş etmişdir Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu mülkiyyətində olan Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin, 14500 manat məbləğində pulun yarısı, 7250 manat Borclu alınıb Tələbkar verilməli və Culfa rayonunun Yaycı kəndində Culfa rayon Aqrar İslahat Komissiyasının 07 mart 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə (JN-1607A nömrəli “Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə”) verilmiş, Borclu mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş iki otaqdan ibarət fərdi yaşayış evinin, həyət hasarının inşasına və evin təmirinə xərclənmiş 29.094 manat məbləğində pulun yarısı, 14.547 manat Borclu alınıb Tələbkar verilməli, 50 manat məbləğində dövlət rüsumu Borclu alınıb dövlət büdcəsinə keçirilməli, ödənilmiş 138 manat dövlət rüsumunun 92.54 manat hissəsi Borclu alınıb Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Culfa Rayon Məhkəməsinin 2(089)105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən 12 sentyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün Borclu bildiriş göndərilmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin 03 fevral 2025-ci il tarixli təqdimatından müəyyən olunur ki, Borclu Tələbkar 21889.54 manat borcu vardır. Culfa Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 8(089)-25/2024 nömrəli qərardadı ilə, Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu Culfa rayonunun Yaycı kəndində mülkiyyətində olan 1239.33 kv.m həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlak Məsələləri Dövlət Kadastırı və Reyestri” X8 Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 02/06 nömrəli, 03 fevral 2025-ci il tarixli Borclu məxsus fərdi yaşayış evinin qiymətləndirilməsi barədə məktubdan görünür ki, Culfa rayonu, Yaycı kəndində, Borclu mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaka baxış keçirilməsi üçün mühəndis-qiymətləndiriciyə şərait yaradılmadığından əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Elektron İcra Sisteminin çıxarışından görünür ki, Naz Lifan LF7162E-620 minik markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində baxır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-55-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-105/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu məxsus Naz Lifan LF7162E-620 markalı, ** TA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(089)-7/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-7/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver