Məhkəmə qərarları › İş №8(089)-74/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-74/2025

15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-74/2025 15.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayonun Bənəniyar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 2(089)- 251/2023-014 nömrəli, 07.11,2023-cü il tarixli sənədində Borclu 1300 manat borc və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1333 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar1 xeyrinə ödənilməsi və Culfa rayon notariat ofisinin 8İ-1452 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədində 911.83 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 936.83 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir. Göstərilən icra sənədləri xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərində Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş və tələblərin könüllü təmin edilməsi xahiş olunmuşdur. Borclu tələblər təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və bölməyə dəvət olunmuşdur. Lakin bugünkü tarixədək Borclu icra sənədlərində göstərilən tələbləri təmin edilməmiş, bölməyə gəlməkdən yayınmış və yaşayış yeri barədə bölməyə məlumat verməmişdir. Borclu X3 icra sənədləri üzrə tələbləri təmin etməmiş, İcra sənədləri üzrə Tələbkar1 1333 manat pul borcu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 936.83 manat kredit borcu qalmaqdadır Borclu icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakının olmaması, ölkə sərhədlərindən kənara getmək ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, tələbkarlar Tələbkar1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata borclunun, tələbkarlar Tələbkar1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və icra məmurunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, tələbkarlar Tələbkar1 1333 manat pul borcu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 936.83 manat kredit borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədləri tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1988-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş, Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar