Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-75/2025 15.12.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayonun Xanəgah kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-227/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində Borclu 1717.31 manat əsas borc, 254.11 manat faiz borcu, 293.84 manat cərimə borcu və 42.66 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2307.92 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "X3" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e- 2(089)-228/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində 2093.22 manat əsas borc, 469.93 manat faiz borcu, 110.11 manat cərimə borcu və 46.74 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2720 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "X3" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e2(089)-129/2025-017 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində 2502.29 manat əsas borc və 45.03 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2547.32 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Culfa rayonu notariat ofisinin 8İ-1063 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 400 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 425 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və Culfa rayonu notariat ofisinin 8İ-1064 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində 750.31 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 775.31 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir. Göstərilən icra sənədləri xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixlərində Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş və tələblərin könüllü təmin edilməsi xahiş olunmuşdur. Borclu tələblər təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və bölməyə dəvət olunmuşdur. Lakin bugünkü tarixədək Borclu icra sənədlərində göstərilən tələbləri təmin etməmiş, bölməyə gəlməkdən yayınmış və yaşayış yeri barədə bölməyə məlumat verməmişdir. Borclu icra sənədləri üzrə tələbləri təmin etməmiş, tələbkarlar "X3" Açıq Səhmdar Cəmiyyətinə 2307.92 manat, 2720 manat, Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinə 2547.32 manat, 425 manat, 775.31 manat məbləğində pul borcları və tələblər könüllü icra müddəti ərzində ödənilmədiyindən 161.55 manat, 190.40 manat, 178.32 manat, 42.50 manat və 77.53 manat məbləğində icra ödənişi borcları qalmaqdadır Borclu icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakının olmaması, ölkə sərhədlərindən kənara getmək ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, tələbkarlar "X3" Açıq Səhmdar Cəmiyyətinə, Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinə və icra məmuruna rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata borclunun, tələbkarların nümayəndəsinin və icra məmurunun iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, tələbkarlar Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinə 3747.63 manat və "X3" Açıq Səhmdar Cəmiyyətinə 5027.92 manat kredit borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədləri tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1974-cü il tarixdə Culfa rayonunun Xanağa kəndində doğulmuş, Culfa rayonunun Xanəgah kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №8(089)-75/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-75/2025
15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver