Məhkəmə qərarları › İş №8(089)-8/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-8/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-8/2025 14.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin xx.xx.2025-ci il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa rayon Camaldın kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-266/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, 17693.47 manat əsas borc, 1037.09 manat faiz borcu, 169 manat dəbbə pulu və 151.24 manat dövlət rüsumunun 140.03 manat hissəsi olmaqla, cəmi 19039.59 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e- 2(089)-283/2024-027 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, 16968.38 manat əsas borc, 23.64 manat faiz borcu və 143.59 manat dövlət rüsumu olmaqla, cəmi 17135.61 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4498/2024- 016 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, 7088.47 manat məbləğində əsas borc, 375.09 manat faiz borcu və 5 manat məbləğində cərimə borcu və 95,12 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7563.68 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə və Naxçıvan MR Culfa Rayon Məhkəməsinin e-2(089)-350/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, 12947.84 manat əsas borc, 1376.49 manat faiz borcu və 132.97 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14457.30 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qeyd edilmişdir. Qeyd olunan icra sənədləri ardıcıl olaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025 ci il tarixlərində Naxçıvan MR ƏN Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icraata qəbul edilməsi barədə qərarlar qəbul edilmiş və qərarlar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərarlar və tələblərin könüllü icrası barədə bildirişlərdə Borclu tələblərin könüllü təmin edilməsi xahiş olunmuş və tələblər könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və bölməyə dəvət olunmuşdur. Lakin Borclu tələbləri təmin etməmiş və bölməyə gəlməkdən yayınmışdır. Həmçinin Borclu tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 19039.59 manat, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə 17135.61 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 7563.68 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 14457.30 manat məbləğində kredit borcu və tələblər könüllü icra müddəti ərzində ödənilmədiyindən 1332.79 manat, 1199.49 manat, 529.46 manat və 1012.01 manat məbləğlərində icra ödənişi borcları qalmaqdadır. Borclu icra sənədləri üzrə icra hərəkətləri həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakının olmaması, borclunun ölkə sərhədlərindən kənara çıxmaq ehtimalının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu və tələbkarlara, icra məmuruna rəsmi qaydada məlumat verilmiş, borclu, tələbkarlar "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, icra məmuru məhkəmə iclasına gəlməmiş, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etmiş, təqdimata iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarlar "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, Borclu tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 58.196.18 manat borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədləri tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə .... Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1991-ci il tarixdə Culfa rayonunun Camaldın kəndində doğulmuş, Culfa rayonunun Camaldın kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar