Məhkəmə qərarları › İş №8(089)-9/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-9/2024

03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-9/2024 03.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra bölməsinin rəisi X3 iştirakı ilə, borclu X6 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 22 aprel 2024-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X9 təqdimatla məhkəməyə müraciət etmiş, borclu ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Culfa rayonunun Bənəniyar kəndində yaşayan X6 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X9 təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-2(011)-2990/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi aidiyyəti üzrə Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədində X4 xx.xx.2012-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi və Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-46/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi aidiyyəti üzrə Culfa Rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədində X4 3701.66 manat məbləğində pul vəsaitinin tutularaq “X18” ASC-nin xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədləri icraata qəbul edilmiş, qanuna uyğun olaraq icraya yönəldilmiş, icraata götürmə haqqında məlumatlar E.Sadiqova göndərilmişdir. X11 icra sənədləri üzrə tələbləri təmin etməmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-2(011)-2990/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X2 1660 manat aliment borcu və Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-46/15 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbkar “X18” ASC-nin xeyrinə 3701.66 manat borcu yaranmışdır. E.Sadiqov icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakının olmaması müəyyən edilmişdir. Borclu E.Sadiqovun ölkə sərhədlərindən kənara getməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X9 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədləri üzrə 1660 manat aliment borcunu və 3701.66 manat kredit borcunun E.Sadiqovdan alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu X8, tələbkar X2, Tələbkar1na rəsmi qaydada məlumat verilmiş, borclu, tələbkar R.Sadiqova və Tələbkar1 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən X6 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclunun, tələbkar R.Sadiqovanın və Tələbkar1 nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, borclu X6 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də görünür ki, borclu X11 tələblərin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin borclu X10 tələbləri təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 1660 manat aliment borcu və 3701.66 manat kredit borcu var. Bu səbəbdən də borclu X5 ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə .... Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1986-cı il tarixdə Culfa şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Culfa rayonunun Bənəniyar kəndində yaşayan X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar