Məhkəmə qərarları › İş №8(090)-10/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-10/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-10/2025 18.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Tələbkar2 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Lerik Rayon Məhkəməsinin 2(048)-664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli, Tələbkar1 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 203/2024-012 nömrəli, 03 oktyabr 2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Lerik Rayon Məhkəməsinin 2(048)-664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər xx.xx.1993-cü ¡İ təvəllüdlü, Lerik rayonu Şinəbənd kəndində qeydiyyatda olan X1 və xx.xx.1991-ci il təvəllüdlü Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 1684.41 manat əsas, 0.00 manat cərimə borcu olmaqla ümumilikdə 1684.41 manat borcun və 41.36 manat dövlət rüsumu tutularaq Tələbkar2 MMC -nin xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda Şahbuz Rayon Məhkəməsinin e-2(090)-203/2024-012 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 29 fevral 2020-ci il tarixli, XDK5848021 saylı müqavilə üzrə 1440 (bir min dörd yüz qırx) manat əsas və 72 (yetmiş iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1512 (bir min beş yüz on iki) manat məbləğində borc tutularaq iddiaçı Tələbkar1 xeyrinə ödənilməsi, iddiaçı Tələbkar1 tərəfindən ödənilmiş 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 32.31 (otuz iki manat, otuz bir qəpik) manat hissəsi cavabdeh Borclu alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 07 fevral 2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən kredit müqaviləsi üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Tələbkar2nə və Tələbkar1nə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar2 və Tələbkar1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin rəisi Əli Piriyev xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edərək Borclu tərəfindən Lerik Rayon Məhkəməsinin 2(048)- 664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi və Şahbuz Rayon Məhkəməsinin e-2(090)-203/2024-012 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən icra sənədləri üzrə borcu tam şəkildə ödədiyindən icra sənədləri üzrə icraata xitam verildiyini, qeyd edilənlərə əsasən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın baxılmadan geri qaytarılması məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmurunun təqdim etdiyi təqdimatı sözügedən ərizə ilə birlikdə tədqiq edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 13.4cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Analoji münasibətləri tənzimləyən MPM-in 259.0 və 259.0.11 -ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Borclunun işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı xahişinin olmamasını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli və Şahbuz Rayon Məhkəməsinin e-2(090)-203/2024-012 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnamələri əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat baxılmamış saxlanılmalıdır. Şahbuz Rayon İcra və Probasiya Bölməsinə izah edilir ki, təqdimatın baxılmamış saxlanılması həmin təqdimatla məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-in 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Lerik Rayon Məhkəməsinin 2(048)-664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli və Şahbuz Rayon Məhkəməsinin e-2(090)-203/2024-012 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qətnamələri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat baxılmamış saxlanılsın. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmuru tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri bölməyə qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar