Məhkəmə qərarları › İş №8(090)-13/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-13/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-13/2025 04.03.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatına Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 oğlu Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla Şahbuz Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 320/2023-012 nömrəli, 14 dekabr 2023-cü il tarixli icra sənədi üzrə Borclu 4804.61 (dörd min səkkiz yüz dörd manat, altmış bir qəpik) manat məbləğində borc və 68.04 (altmış səkkiz manat, dörd qəpik) manat miqdarında dövlət rüsumu olmaqla, ümumilikdə 4872.65 (dörd min səkkiz yüz yetmiş iki manat, altmış beş qəpik) manat pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024cü il tarixdə Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, qərarın surəti bildirişlə bərabər borclu X3 təqdim olunmuşdur. Borclu X3 tələbi könüllü təmin edilməsi təklif olunmuş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq icra sənədi Borclu tərəfindən icra könüllü olaraq təmin edilməmişdir. Borclu icra sənədi üzrə qalıq qalan borcu 4402.64 manat pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə və iş üzrə yaranmış 341.04 manat icra ödənişini icra məmurlarının xüsusi fonduna ödəməmişdir. İcra sənədi üzrə icra hərəkətləri həyata keçirilmiş, Borclu adına "VAZ 21074" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, borclunun əmlakının üzərinə həbs qoymaq ve onu satmaq yolu ile tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. İcra sənədi üzrə Borclu məxsus "VAZ 21074" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bankdan kredit götürdüyünü, həmin zaman İqtisadiyyat Nazirliyi yanında "xxxx" MMC-də işlədiyini, işlədiyi zaman gecikməsi olmadan ödənişlərini etdiyini, müəssisə bağlandıqdan sonra işdən çıxarıldığını, sonra avtomobili ilə yük və sərnişin daşıyaraq pul qazandığını, işdən çıxdıqdan sonra da aylıq 50 manat olmaqla ödəniş etdiyini, lakin icra və probasiyaya müraciət etmədiyini və qəbzləri təqdim etmədiyini, avqust və sentyabr aylarında uşaqlarının məktəbinə görə ödəniş edə bilmədiyini, avtomobilindən qazandığı pulla ailəsini dolandırdığını, avtomobilinin üzərinə həbs qoyularsa başqa qazanc mənbəyi olmayacağını, keçən il və bu ilin yanvar və fevral ayları 50 manat pul ödədiyini, ümumilikdə 520 manat ödəniş etdiyini, mart ayı üçün 500 manat ödəyəcəyini, yoldaşının da işləmədəyini, ailəsinin yeganə dolanacaq yerinin avtomobili ilə qazandığını, avtomobilin üzərinə həbs qoyularsa uşaqlarının ac qalacağını, kreditini də ödəyə bilməyəcəyini göstərmişdir. İş materiallarına əlavə edilmiş: Şahbuz Rayon Məhkəməsinin e-2(090)-320/2023-012 nömrəli, 14 dekabr 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 26 oktyabr 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 4.434,97 (dörd min dörd yüz otuz dörd manat, doxsan yeddi qəpik) manat əsas və 369,64 (üç yüz altmış doqquz manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4.804,61 (dörd min səkkiz yüz dörd manat, altmış bir qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 68,04 (altmış səkkiz manat, sıfır dörd qəpik) manat miqdarında dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması barədə qətnamə çıxarılması müəyyən olunur. Elektron məlumatda Borclu mülkiyyətində olan adına "VAZ 21074" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatdan keçdiyi göstərilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimat və ona əlavə edilmiş sənədləri araşdıraraq, borcluya məxsus olan əmlakın üzərinə həbs qoyulması üçün kifayət qədər əsas olmadığından təqdimatın rədd edilməsi qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Qeyd edilən əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 45.2 və 45.6-cı maddələrinə müvafiq olaraq, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X5 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən istər yerli, istərsə də beynəlxalq presedentlərin mövcud təcrübələrində formalaşmış hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, əmlak üzərinə həbs qoyulması icra sənədinə mütənasib olmalıdır. Üzərinə həbs qoyulması tələb edilən əmlak borcluya məxsus avtomobildir. Borclunun izahatı ilə onun ailəsinin yeganə dolanacaq yeri həmin avtomobil ilə əldə olunan gəlirdir və məhz həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq hazır ki icra sənədi üzrə 520 manat miqdarında ödənişlər edibdir. İş materiallarından görünür ki, borclunun digər gəlirləri yoxdur və onun tərəfindən hər ay ödənişlər edilibdir. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 29 mart 2010-cu il tarixli qərar, § 83). Beləliklə, mülkiyyətə müdaxilə qanuni və əsaslı olmalıdır. Yuxarıda qeyd olunanlar isə mülkiyyət hüququna müdaxilə edilməsi üçün qanuni və zəruri əsaslar hesab oluna bilməz. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Ş.Əliyevanın 34477/2024 nömrəli xx.xx.2025-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatı təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar