Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-15/2025 06.03.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-107/2021 nömrəli, 05 oktyabr 2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasına dair tələbkar X3 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-107/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(090)-107/2021 nömrəli qərardadı ilə müəyyən olunmuş uşağın saxlanması üçün müvəqqəti alimentin tutulması ləğv edilməsi və həmin qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 05 oktyabr 2021-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınıb, 03 aprel 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment alınıb iddiaçı X2 verilməsi, alimentin tutulmasının əvvəli “08” iyun 2021-ci il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icra olunması qət edilmişdir. X1 ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(090)-107/2021 nömrəli qətnaməsinə əsasən 03 aprel 2010-cu il tarixdə doğulmuş qızı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasını xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, Borclu ilə 07 avqust 2018-ci il tarixdə Şahbuz Rayon Qeydiyyat şöbəsində nikahımızı rəsmiləşdirməklə ailə qurmuşuq va bizim həmin nikahdan 03 aprel 2010-cu il təvəllüdlü Solmaz adlı qızımız doğulmuşdur. Lakin aramızda olan nikah Naxçıvan MR Şahbuz rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(090)-107/2021 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən birgə nikahımızdan 03 aprel 2010-cu il tarixda doğulmuş qızım X8 mənim yanımda saxlanılmış və onun yetkinlik yaşına çatanadak saxlanılması üçün "08” iyun 2021-ci il tarixdən hesablanmaqla X8 hər ay 130 (bir yüz otuz) manat məbləğində alimentin tutularaq mənim xeyrimə ödənilmesi qət edilmişdir. Həmin vaxtdan xeyli müddet keçdiyinden müəyyən olunmuş həmin aliment məbləği övladımın saxlanılması üçün kifayət etmir. Övladımız artıq böyüdüyündən onun zəruri tələbatları da artmışdır. Borclu övladımızın digər lazımi tələbatlarının ödənilməsində heç bir köməklik göstərmir. Özüm işləsəm də aldığım əmək haqqı bu günkü təlabatlarımızı ödəməyə yetəri qədər deyildir. Hazırda hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur ve bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladımın saxlanılması, inkişafı va gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Yuxarıda göstərilənlərə əsasən, Naxçıvan MR Şahbuz rayon Məhkəməsinin Şahbuz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(090)-107/2021 nömrəli qətnaməsinə əsasən 03 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş 130 manat məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını xahiş edir. Ərizəçi G.Əliyeva ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar X5 və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. X1 məhkəmənin ünvanına 04 mart 2025-ci il tarixdə daxil omuş ərizəsində xx.xx.2025-ci il tarixdə baxış iclası təyin edildiyini üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, baxış iclasını keçirib yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə tələbkar X7 və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2025-ci il tarixli Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən edilibdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment 2019-cu il üzrə minimum əmək haqqının 0,52 misli (130/250=0,52) təşkil etdiyini, 2025-ci il üçün isə ölkə üzrə minimum əmək haqqının 400 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(090)-107/2021 nömrəli qətnaməsi ilə müəyyən edilən Borclu X3 xeyrinə tutulan 03 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında aliment indeksasiya edilməli, Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(090)-107/2021 nömrəli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 03 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tələbkar X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-15/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-15/2025
06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver