Məhkəmə qərarları › İş №8(090)-17/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-17/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-17/2025 17.03.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-107/2017 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasına dair tələbkar X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-107/2017 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən mülki iş üzrə X8 ilə Borclu arasında Şahbuz Rayon İcra Hakimiyyətinin Nursu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması hqqında akt qeydləri kitabında 2008-ci ilin oktyabr ayının 22-si günündə 05 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş 25 iyul 2009-cu il təvəllüdlü X10 və 02 iyun 2013-cü il təvəllüdlü X3 X4 yanında saxlanılması, yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi qət edilmişdir. X1 ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(090)-107/2017 nömrəli qətnaməsinə əsasan qət edilmiş 25 iyul 2009-cu il təvəllüdlü X10 və 02 iyun 2013-cü il təvəllüdlü X3 mənim yanımda saxlanılmış və onların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, Borclu ilə 22 oktyabr 2008-ci il tarixdə Şahbuz Rayon İcra Hakimiyyətinin Nursu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahımız bağlanmışdır. Birgə nikahdan 25 iyul 2009-cu il təvəllüdlü X10 və 02 iyun 2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Lakin aramızda olan nikah Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2(090)-107/2017 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən birgə nikahımızdan doğulmuş 25 iyul 2009-cu il təvəllüdlü X10 və 02 iyun 2013-cü il təvəllüdlü X3 mənim yanımda saxlanılmış və onların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində alimentin alınıb mənə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan xeyli müddət keçdiyindən müəyyən olunmuş həmin aliment məbləği övladlarımın saxlanılması üçün kifayət etmir. Övladlarım artıq böyüdüyündən onun zəruri tələbatları da artmışdır. Borclu övladının digər lazımi tələbatlarının ödənilməsində heç bir köməklik göstərmir. Özüm işləsəm də aldığım əmək haqqı bu günkü tələbatları ödəməyə yetəri qədər deyildir. Hazırda hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da onların ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladlarımın saxlanılması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Yuxarıda göstərilənlərə əsasən, Şahbuz Rayon Məhkəməsinin 2(090)-107/2017 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən 25 iyul 2009-cu il təvəllüdlü X6 və 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qət edilmiş hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını xahiş edir. Ərizəçi S.Bayramova ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar X5 və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar X8 və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqı 116 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2025-ci il tarixli Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən edilibdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment 2017-ci il üzrə minimum əmək haqqının 0,43 misli (50/116=0,43) təşkil etdiyini, 2025-ci il üçün isə ölkə üzrə minimum əmək haqqının 400 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 2(090)-107/2017 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilən Borclu X2 xeyrinə tutulan 25 iyul 2009-cu il təvəllüdlü X6 və 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 172 (bir yüz yetmiş iki) manat miqdarında aliment indeksasiya edilməli, Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin 2(090)-107/2017 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 25 iyul 2009-cu il təvəllüdlü X6 və 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar