Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-19/2025 18.03.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmurunun Tələbkar Borclu qarşı aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)- 45/2025-022 nömrəli, 07 mart 2025-ci il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş əlavə qətnamənin izah edilməsi ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar “09” yanvar 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat olmaqla iki uşağın saxlanılmasına 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(090)-45/2025 nömrəli əlavə qətnaməsinə əsasən 09 yanvar 2025-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkarn qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamə alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilmişdir. 13 mart 2025-ci il tarixdə icra məmuru icra sənədinin izah olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixda icraatına daxil olmuş Şahbuz Rayon Məhkəməsinin 2(090)-45/2025-022 nömrali, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu 13 yanvar 2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədində 2 uşağın yetkinlik yaşına çatanadak saxlanılması göstərilsə də minimum əməkhaqqının 0,325 misli həddində sabit pul məbləği alimentin bir yaxud iki uşaq üçün tutulması qeyd olunmamışdır. Göstərilənlərə əsasən və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü madəsini rəhbər tutaraq Şahbuz Rayon Məhkəməsinin 2(090)-45/2025-022 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin izah edilməsi məsələsinə baxılmasını Sizdən xahiş edirəm. Ərizəyə baxılmasının vaxtı və yeri barədə borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 230.4cü maddəsini rəhbər tutan məhkəmə qərardadın izah edilməsi barədə ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Analoji münasibətləri tənzimləyən MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.3-cü maddəsinə görə qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 2(090)-45/2025 nömrəli əlavə qətnamədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-1 bəndi rəhbər tutularaq, Borclu xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin 0.325 mislində (130/400=0.325) tutularaq Tələbkar ödənilməsi qeyd edilmişdir. Sözügedən qətnamənin qət etdi hissəsində 09 yanvar 2025-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qeyd edilmişdir. İcra sənədindən də göründüyü kimi, birgə nikahdan 2 uşaq dünyaya gəlmiş, heç biri yetkinlik yaşına çatmamışdır. Məhkəmə tərəfindən 130 manat sabit pul məbləğində aliment indeksləşdirilmiş və hər bir uşaq üçün qeyd edilmişdir. Məhkəmə sonda belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, Şahbuz Rayon Məhkəməsinin 2(090)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 2 uşağın yetkinlik yaşına çatanadak saxlanılması göstərilsə də minimum əməkhaqqının 0,325 misli həddində sabit pul məbləği alimentin bir yaxud iki uşaq üçün tutulmasına dair izah verilməlidir. MPM-in 230.5-ci maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230, 267268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmurunun Şahbuz Rayon Məhkəməsinin 2(090)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş qərardadın izah edilməsi ilə bağlı ərizəsi əsasında Şahbuz Rayon Məhkəməsinin 2(090)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əlavə qətnaməsinə aşağıdakı məzmunda izah verilsin. Şahbuz Rayon Məhkəməsinin 2(090)-45/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, “Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulsun” hissədə “Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulsun” olaraq izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-19/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-19/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver