Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-20/2025 16.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-231/2024 nömrəli, 01 noyabr 2024cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-231/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Tələbkar ilə Borclu arasında X2 və Tələbkar arasında 25 sentyabr 2004-cü ildə Kolanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X6 ataları Tələbkar yanında saxlanılması, iddiaçı X1 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Tələbkar ödənilməsi, alimentin tutulmasının əvvəli "24 oktyabr 2024-cü il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icra olunması qət edilmişdir. Ərizəçi Tələbkar ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 2(090)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmiş alimentin indeksassiya edilməsi və 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün sonraki artımlar nəzərə alınmaqla (hazırki ərizə verilən gündən) hər uşaq üçün hər ay ölkə üzrə minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq ona ödənilməsi xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsində göstərmişdir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)- 231/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu ilə aramızda 25 sentyabr 2004cü ildə Kolanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Birgə nikahdan olan övladlarımız 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X4 mənim yanımda saxlanılması, Borclu 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi qət olunmuşdur. Tərəfimdən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müayyon edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş lakin müraciətim zamanı ərazi aidiyyat qaydalarının pozması qeyd olunmuşdur. Bu baxımdan Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Hazırda "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azarbaycan Respublikasının Qanununa əsasan 2025ci il üçün ölkə üzrə minimum əmək haqqının miqdarı artırılmışdır. Ona görə də hesab edirəm ki, Borclu Şahbuz rayon məhkəməsinin 2(090)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin indeksassiya edilməsi barədə qarardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Şahbuz Rayon Məhkəməsinin 2(090)-231/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qət edilmiş hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını xahiş edir. Ərizəçi Tələbkar ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Tələbkar və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə 2023-cü il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən edilibdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment 2024-cü il üzrə minimum əmək haqqının 0,377 misli (130/345=0,377) təşkil etdiyini, 2025-ci il üçün isə ölkə üzrə minimum əmək haqqının 400 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 2(090)-231/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən Borclu Tələbkar xeyrinə tutulan 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında aliment indeksasiya edilməli, Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,377 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Tələbkar ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin 2(090)-231/2024 nömrəli, 01 noyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 07 aprel 2025-ci il tarixdən 20 aprel 2010-cu il təvəllüdlü X5 və 05 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,377 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-20/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-20/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver