Məhkəmə qərarları › İş №8(090)-22/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-22/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-22/2025 17.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Tələbkar1 Borclu İlham oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-155/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli və “X5” Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 1.229,50 (bir min iki yüz iyirmi doqquz manat, əlli qəpik) manat əsas və 36,35 (otuz altı manat, otuz beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.265,85 (bir min iki yüz altmış beş manat, səksən beş qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “X5” Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 vasitəsilə 19 aprel 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 32,66 (otuz iki manat, altmış altı qəpik) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olan, cəmi 33,06 (otuz üç manat, sıfır altı qəpik) manat məhkəmə xərcləri cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Həmçinin Şahbuz Rayon Məhkəməsinin 2(090)-155/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən Tələbkar1 ilə Borclu arasında Şahbuz rayon İcra Hakimiyyətinin Nursu kəndi İƏD üzrə Nümayəndəliyində 20 avqust 2013-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra 21 fevral 2015-ci ildə doğulmuş X3 və 04 yanvar 2018-ci ildə doğulmuş X4 iddiaçı Tələbkar1 yanında qalmasının müəyyən edilməsi, 21 fevral 2015-ci ildə doğulmuş X3 və 04 yanvar 2018-ci ildə doğulmuş X4 anaları iddiaçı Tələbkar1 yanında saxlanıldığından onların saxlanılması üçün cavabdehdən 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya ödənilməsi, mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(090)-155/2024 nömrəli qərardadı ilə müəyyən olunmuş uşaqların saxlanması üçün müvəqqəti alimentin tutulması ləğv edilməsi, alimentin tutulmasının əvvəlinin “22” noyabr 2024-cü il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icra olunması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 10 aprel 2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədləri üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən aliment üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkarlar Tələbkar1 və “X5” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkarlar Tələbkar1 və “X5” Açıq Səhmdar Cəmiyyətinin X1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş “X5” Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)- 202/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Təqdimata əlavə edilmiş Tələbkar1 Borclu İlham oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)- 155/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb alimentlə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Təqdimata əlavə edilmiş Tələbkar1 Borclu İlham oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)- 155/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin və xx.xx.2022-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, Şahbuz Rayon Məhkəməsinin 2(090)-155/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb alimentlə bağlı borcu, Şahbuz Rayon Məhkəməsinin 2(090)-155/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı borcu ilə, yəni pul tələbi ilə bağlı olduğundan, Borclu həmin icra sənədini könüllü icra etmədiyindən və icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Tələbkar1 Borclu İlham oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-155/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli və “X5” Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-202/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli icra sənədləri üzrə borclu – xx xxxxxx 1989-cu ildə Şahbuz rayonu, Nurs kəndində doğulmuş, Şahbuz rayonu, Nursu kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar