Məhkəmə qərarları › İş №8(090)-24/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-24/2025

30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-24/2025 30.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin e-2(090)-366/2016 nömrəli, 22 noyabr 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-366/2016 nömrəli, 22 noyabr 2016-cı il tarixli əmrinə əsasən Şahbuz rayonunun Kolanı kəndində qeydiyyatda dayanan Borclu 1188.91 (bir min bir yüz səksən səkkiz manat, doxsan bir qəpik) manat əsas, 325.98 (üç yüz iyirmi beş manat, doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1514.89 (bir min beş yüz on dörd manat, səksən doqquz qəpik) manat məbləğində borc, eyni zamanda bu borcun tam icra edildiyi tarixədək hesablanacaq faiz, cərimə məbləğləri və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 17 aprel 2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən kredit müqaviləsi üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş «E-Kredit» Bank olmuyan Kredit TəşkilatıMəhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)- 366/2016 nömrəli, 22 noyabr 2016-ci il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-366/2016 nömrəli, 22 noyabr 2016-cı il tarixli icra sənədi üzrə borcu ilə, yəni pul tələbi ilə bağlı olduğundan, Borclu həmin icra sənədini könüllü icra etmədiyindən və icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin 2(090)-366/2016 nömrəli, 22 noyabr 2016-cı il tarixli icra sənədi üzrə borclu – xx.xx.1966-cı ildə Şahbuz rayonu, Kolanı kəndində doğulmuş, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar