Məhkəmə qərarları › İş №8(090)-25/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-25/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-25/2022 31.05.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Borclu iştirakı ilə, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)-03/2022-014 nömrəli, 06 yanvar 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-03/2022 nömrəli, 06 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Borclu 9.738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Tələbkar verilməsi, iddiaçı Tələbkar tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 8,80 (səkkiz manat, səksən qəpik) manatın cavabdeh Borclu alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsi 06 may 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, borclu tərəfindən icra sənədində olan tələbin könüllü təmin edilmədiyini və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında iddianı qəbul etmədiyini, icra sənədlərinin ona təqdim edilmədiyini, hal-hazırda onun "xxxx" MMC-də rəsmi olaraq sürücü işlədiyini, yük avtomobili ilə Rusiya Federasiyası, Gürcüstan Respublikasına və digər ölkələrə yük daşıdığını, onun yeganə gəlir yerinin yük daşımadan əldə etdiyi qazanc olduğunu, bu səbəbdən də onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının onun işsiz qalmasına səbəb olacağını bildirmişdir, sonda Borclu göstərilənləri nəzərə alaraq məhkəmədən təqdimatın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada, Tələbkar və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Borclu izahatını, icra işini, təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Borclu icraata başlamaq haqqında qərarı və icra sənədinin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıq göndərilməsini təsdiqləyən sənədlər təqdimata əlavə edilsə də, həmin qərar və bildirişi borclu deyil, onun yaşadığı ərazi dairəsi üzrə icra nümayəndəliyi almış, eyni zamanda icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib (demokratik cəmiyyətdə zərurilik testi) olmalı, təxirəsalınmaz (sıxıcı) sosial ehtiyaca cavab verməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən;

1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.

4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. “Battista İtaliyaya qarşı” işdə (2 dekabr 2014-cü il) Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə “qanunla nəzərdə tutulmuş” olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin “demokratik cəmiyyətdə zəruri” olmalıdır. Konvensiya kontekstində “zəruri” sözü “faydalı”, “ağlabatan” və ya “rahat” sözləri qədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün “təxirəsalınmaz sosial tələbatın” mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı belə bir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (X2rşı). Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02.10.2012-ci il tarixli qərarına əsasən borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizə verilməsi istisna edilməməlidir. Məhkəmə aktını icra etməmə yalnız o halda qərəzli hesab olunur ki, təqsirkar şəxsə yazılı xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarlarının icra edilməsi ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarlarının icrası üçün faktiki imkanlarının olmaması. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilən hallar məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsinə də şamil oluna bilər. Hazırki iş üzrə verilmiş təqdimatda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və probasiya bölməsinin icra məmurunun Borclu ölkə hüdudlarına gedib-gəlməsini və bunun icra sənədinin icrasına maneçilik göstərməsini qeyd etsə də, nə borclunun həqiqətən tez-tez ölkə hüdudlarına gedib-gəlməsinə dair heç bir sübut təqdim etməmiş, nə də ki, ölkə hüdudlarına gedib-gəlməsinin icra prosesinə hansı maneçiliklərin törətməsini əsaslandırmamışdır. Bu isə təqdimatın əsassız olmasını göstərir. Eyni zamanda Elektron məhkəmə informasiya sistemində olan şəxsin digər işləri üzrə məlumatlardan müəyyən olunur ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-155/2021 nömrəli, “30” avqust 2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “BMW 5251” minik markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri seçilibdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-1.1-ci maddəsinin tələbinə görə icra sənədinin icrasını təmin edən tədbirlərdən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Göründüyü kimi Borclu məxsus avtomobilin üzərinə həbs qoyulsa da, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon İcra və Probasiya bölməsinin təqdimatı əsaslı olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:

Şahbuz Rayon Məhkəməsinin 2(090)-03/2022-014 nömrəli, 06 yanvar 2022-ci il tarixli icra sənədi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şahbuz rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar