Məhkəmə qərarları › İş №8(090)-25/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-25/2024

16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-25/2024 16.09.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata baxılması haqqında Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2\məhkəmə iclas katibliyi ilə, Tələbkar Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə 07 yanvar 2023-cü il tarixli, 285 nömrəli müqaviləsi üzrə 2000 (iki min) manat əsas, 100 (bir yüz) manat cərimə borcu və 40,10 (qırx manat, on qəpik) manat miqdarında dövlət rüsumu Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdi. «04» sentyabr 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdi. İcra məmuru təqdimatı əsaslandıraraq qeyd etmişdi ki, icra sənədi 08 aprel 2024cü il tarixdə Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu göndərilmişdir. Borclu icra sənədində olan tələbin 10 gün müddətində könüllü təmin edilməsi xahiş edilmiş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən tələb təmin edilməmişdir. İcra sənədi üzrə icra hərəkətləri həyata keçirilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi gəlir və əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbiri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borcluya, həmçinin Şahbuz Rayon İcra və Probasiya bölməsinə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına iştirak etməmiş və bunun səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 231.2-ci maddəsinə əsaslanaraq tələbkarın, borclunun və Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdim etdiyi təqdimat və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb pulun tutulması ilə bağlıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədi məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilməlidir. İş materiallarında aydın olur ki, icra sənədi Şahbuz Rayon Məhkəməsinin 2(090)- 34/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi əsasında verilmişdir. Digər şərtin, yəni icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməsinin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndlərində göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəməyə təqdim olunan təqdimat və ona əlavə edilən sənədlərdən tələbin könüllü icrası üçün bildirişin borcluya rəsmi qaydada təqdim olunması sübuta yetirilir. Belə ki, icra xidmətinin bu halın təsdiqi ilə bağlı məhkəməyə təqdim etdiyi təqdimat, ona əlavə edilmiş reyestrin, sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamənin təsdiq edilmiş surətindən tələbin könüllü icrası barədə bildirişin borcluya 19 aprel 2024-cü il ildə təqdim edilməsi aydın olur. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da məlum olur ki, tələbin icrası üçün borcluya 10 günlük müddət müəyyən edilib. Qanunvericilin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, tələbin könüllü icrası üçün bildirişin borcluya rəsmən təqdim olunması barədə qanunun tələbinə də icra xidməti tərəfindən əməl olunub. Bundan əlavə məhkəmə ona da qeyd edir ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə həm də onu bildirir ki, yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndinə əsasən təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Normanın mahiyyətindən də aydın olur ki, təqdimata borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surətindən əlavə, icraat materialları da əlavə edilməlidir. Bu icraat materialları isə həmin Təlimatın 2.2-ci bəndindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl həyata keçirməli olduğu icra hərəkətlərinin təsdiqi ilə bağlı olmalıdır. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbi yerinə yetirilərək, borclunun 04 sentyabr 2024-cü il tarixə mövcud əmlak vəziyyəti və digər gəlirləri barədə “Elektron icra” sistemində olan məlumatlar təqdimata əlavə olunmuşdu. Hazırki vəziyyətdə tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü borcluya məxsus olsa da, onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə belə hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində yuxarıda qeyd olunmuş üç şərt mövcud olduğundan və tələb pulun tutulması ilə bağlı olduğundan, onun icra olunmaması üçün məhkəməyə hər hansı bir üzrlü səbəb təqdim edilmədiyindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və X1 Emin Əliyar oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin olunmalıdır. Məhkəmə tərəfindən təqdimat əsaslı hesab etdiyindən onu da qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunmalı; - Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli icra sənədi üzrə borclu Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı; -«İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə uyğun olaraq Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılmalıdır. Yekunda məhkəmə borcluya izah edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinin tələbinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin 2(090)-34/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli icra sənədi üzrə borclu Şahbuz rayonu, Güney Qışlaq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə uyğun olaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi Şahbuz Rayon İcra və Probasiya bölməsinə tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar