Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-26/2025 25.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X2 təqdimatına Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru X5 Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla Şahbuz Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla Borclu xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2020-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, qərarın surəti bildirişlə bərabər Borclu təqdim olunmuşdur. Borclu tələbi könüllü təmin edilməsi təklif olunmuş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq icra sənədi Borclu tərəfindən icra könüllü olaraq təmin edilməmişdir. Borclu icra sənədi üzrə xx.xx.2025-ci il tarixədək yaranmış 4632 manat aliment pulunu Tələbkar xeyrinə ödəməmişdir. İcra sənədi üzrə icra hərəkətləri həyata keçirilmiş, Borclu adına "Ford Fusion minik" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu "Ford Fusion minik" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Tələbkar, Borclu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar, Borclu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla Borclu xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2020-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Elektron məlumatda Borclu mülkiyyətində olan adına "Ford Fusion minik" markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatdan keçdiyi göstərilmişdir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən tələbin könüllü icrası üçün bildiriş verilməsinə baxmayaraq borclu qanunla nəzərdə tutulmuş müddətdə icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri araşdıraraq, icra sənədinin uzun müddət icra edilmədiyini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də boclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir; 44.1.3-cü və 44.2-ci maddələrinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçmiş olması məcburi icra tədbirlərinin tətbiq olunmasına əsasdır və məcburi icra tədbirləri tələb ödənilmədikdə həyata keçirilə bilər; 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Təqdimata əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən aydın olur ki, tələb aliment borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Hal-hazırda Borclu xx.xx.2025-ci il tarixədək 4632 manat borcu vardır. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin olunsun. Borclu məxsus "Ford Fusion minik" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-26/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-26/2025
25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver