Məhkəmə qərarları › İş №8(090)-31/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-31/2024

30.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-31/2024 30.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Tələbkar Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)-111/2024-024 nömrəli, 06 iyun 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclunun məcburi gətirilməsi haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru Rahib Quliyev təqdimatla məhkəməyə müraciət edərək Borclu Şahbuz Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-111/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 17 yanvar 2021-ci il tarixli, 201 nömrəli müqavilə üzrə 360 manat əsas, 18 manat gecikdirilmiş peniya pulu və 28.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 406.40 manat məbləğində borc tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi Şahbuz Rayon İcra və Probasiya Bölməsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu göndərilmişdir. Borclu icra sənədində olan tələbin könüllü təmin edilməsi xahiş edilmiş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin Borclu tərəfindən icra sənədində göstərilən tələb tam təmin edilməmişdir. İcra sənədi üzrə icra hərəkətləri həyata keçirilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi gəlir və əmlak müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu xx.xx.1986-cı ildə Krasnoyarskidə doğulmuş, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Tələbkarnə, Borclu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkarnə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq qeyd edir ki, tələbin könüllü icrası haqqında 15 iyul 2024-cü il tarixli, e216846/2024- 65-6-003 nömrəli bildiriş borclunun ünvanına göndərilmiş, SX030554913AZ sifarişli xəbərnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə “Alməmmədov İsa” tərəfindən imza edilməklə təhvil alınmışdır. 20 avqust 2024-cü il tarixli, 216846/2024 nömrəli xəbərdarlığa əsasən borclunun Şahbuz Rayon İcra və Probasiya bölməsinə gəlməsi barədə məlumat verilmiş, gəlməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.1-ci maddələri ilə bağlı təqdimatla məhkəməyə müraciət ediləcəyi bildirilmiş və şəxsin ünvanına göndərilmişdir. Həmçinin “SMS bildirişin” göndərilməsi barədə çıxarışa əsasən şəxsin “602252424” telefon nömrəsinə borclunun barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməsi, 10 gün müddətində icra qurumuna gəlinmiyəcəyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qəbul edilmiş qərar xx.xx.2024-cü il tarixdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Yuxarıda sadalananları nəzərə alan məhkəmə hesab edir ki, tələbin könüllü icrası haqqında bildiriş, xəbərdarlıq və məcburi gətirilmə haqqında qərarın təqdim olunmasından xeyli müddət keçməsinə baxmayaraq borclu tərəfindən icra sənədi icra olunmadığına görə təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-111/2024-024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu, xx.xx.1986-cı il təvəllüdlü, Krasnoyarski diyarında anadan olan, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olan Borclu Şahbuz Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilsin. Qərardadın icrası Şahbuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar