Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-33/2024 07.11.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Tələbkar1 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-233/2023-010 nömrəli, 14 sentyabr 2023-cü il tarixli, Tələbkar2 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 244/2023-009 nömrəli, 25 sentyabr 2023-cü il tarixli, «X2» Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-71/2024-014 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin e-2(090)-233/2023-010 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə cavabdeh Borclu 29 sentyabr 2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı üzrə 820,9 (səkkiz yüz iyirmi manat, doxsan qəpik) manat əsas və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 840,9 (səkkiz yüz qırx manat, doxsan qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddianın təmin olmuş hissəsinə mütənasib olaraq 26.72 manat hissəsi cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-244/2023-009 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Borclu 27 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 1311 manat borc və 131 manat cərimə borcu, cəmi 1442 (bir min dörd yüz qırx iki) manat məbləğində pul tutularaq iddiaçı Tələbkar2 MMC-nin xeyrinə ödənilməsi, Tələbkar2 MMC tərəfindən ödənilmiş 34.42 manat məbləğində dövlət rüsumu Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-71/2024-014 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə cavabdeh Borclu 2.900 (iki min doqquz yüz) manat əsas, 538,34 (beş yüz otuz səkkiz manat, otuz dörd qəpik) manat faiz və 38,03 (otuz səkkiz manat, sıfır üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3.476,37 (üç min dörd yüz yetmiş altı manat, otuz yeddi qəpik) manat məbləğində borc tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 54,77 (əlli dörd manat, yetmiş yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 29 oktyabr 2024-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən kredit müqaviləsi üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkarlar Tələbkar1, Tələbkar2 və «X2» Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, Tələbkar1 ərizə ilə müraciət edərək hazırda əməkdaş sayının çatışmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, təqdimata iştirakları olmadan baxılmasını və təmin edilməsini xahiş etmiş, digər Tələbkar2 ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, təqdimata iştirakları olmadan baxılmasını və təmin edilməsini xahiş etmişlər, tələbkar «X2» Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsi gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar1, Tələbkar2 və «X2» Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş Tələbkar1 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 233/2023-010 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Təqdimata əlavə edilmiş ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-244/2023-009 nömrəli, 25 sentyabr 2023-cü il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Təqdimata əlavə edilmiş «X2» Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-71/2024-014 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin e- 2(090)-233/2023-010 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-244/2023-009 nömrəli, 25 sentyabr 2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-71/2024-014 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, Tələbkar1 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 233/2023-010 nömrəli, 14 sentyabr 2023-cü il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlı, ABC-Telecom» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-244/2023-009 nömrəli, 25 sentyabr 2023-cü il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı, «X2» Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-71/2024-014 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı olduğundan, Borclu həmin icra sənədlərini könüllü icra etmədiyindən və icra sənədlərinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-233/2023-010 nömrəli, 14 sentyabr 2023-cü il tarixli, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-244/2023-009 nömrəli, 25 sentyabr 2023-cü il tarixli, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-71/2024-014 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədləri üzrə borclu – 29 avqust 1987-ci ildə Bakı şəhərində doğulmuş və Şahbuz rayonu, Nursu kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-33/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-33/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver