Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-37/2025 03.06.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-164/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli, Tələbkar2 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-69/2025 nömrəli, 03 mart 2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin e-2(090)-164/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh Borclu 2.628,97 (iki min altı yüz iyirmi səkkiz manat, doxsan yeddi qəpik) manat əsas, 376,47 (üç yüz yetmiş altı manat, qırx yeddi qəpik) manat faiz və 9,59 (doqquz manat, əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3.015,03 (üç min on beş manat, sıfır üç qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 50,16 (əlli manat, on altı qəpik) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olan, cəmi 50,56 (əlli manat, əlli altı qəpik) manat məhkəmə xərcləri cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Eyni zamanda Şahbuz Rayon Məhkəməsinin e-2(090)-69/2025 nömrəli, 03 mart 2025-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh Borclu 20 fevral 2020-ci il tarixli, AYK5906200 saylı müqavilə üzrə 200 (iki yüz) manat əsas borc tutularaq iddiaçı Tələbkar2 xeyrinə ödənilməsi, iddiaçı Tələbkar2 tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 22 may 2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən kredit müqaviləsi üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Tələbkar2nə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Tələbkar2, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş "xxxx" ASC-nin Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin e-2(090)-164/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Təqdimata əlavə edilmiş Tələbkar2 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 69/2025 nömrəli, 03 mart 2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-164/2023 nömrəli, 14 iyul 2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-69/2025 nömrəli, 03 mart 2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu ilə, yəni pul tələbi ilə bağlı olduğundan, Borclu həmin icra sənədini könüllü icra etmədiyindən və icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-164/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli və Şahbuz Rayon Məhkəməsinin e-2(090)-69/2025 nömrəli, 03 mart 2025-ci il tarixli icra sənədləri üzrə borclu – xx xxxxxx 1984-cü ildə Şahbuz rayonu, Kolanı kəndində doğulmuş, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-37/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-37/2025
03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver