Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-39/2025 05.06.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Tələbkar1 Borclu qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, Tələbkar2 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən mülki iş üzrə iddianın qismən təmin edilməsi, Tələbkar1 ilə Borclu arasında Babək rayon Qeydiyyat şöbəsində 18 iyun 2007-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 103 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikahın pozulmasından sonra 02 mart 2009-cu ildə doğulmuş X4 iddiaçı Tələbkar1 yanında saxlanılması, mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(090)-23/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş uşaqların saxlanması üçün müvəqqəti alimentin tutulması ləğv edilməsi və həmin qərardad əsasında cavabdeh Borclu tərəfindən qətnamənin qəbul edildiyi, yəni “23” aprel 2025-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınıb, 02 mart 2009-cu il təvəllüdlü X1 üçün Borclu hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5217 misli həddində sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasının əvvəli “29” noyabr 2024-cü il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, nikahın pozulması dövlət qeydiyyatına alınarkən iddiaçı Tələbkar1 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, cavabdeh Borclu həmin rüsumu ödəməkdən azad edilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar1 ödənilməsi qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən mülki iş üzrə iddianın qismən təmin edilməsi, cavabdeh Borclu 16 aprel 2024-cü il tarixli, 03858180 nömrəli müqavilə üzrə 863.30 (səkkiz yüz altmış üç manat, otuz qəpik) manat əsas və 43.16 (qırx üç manat, on altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 906.46 (doqquz yüz altı manat, qırx altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı Tələbkar2 tərəfindən ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 25.22 (iyirmi beş manat, iyirmi iki qəpik) manat hissəsi cavabdeh Borclu alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin qalmış hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 27 may 2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən kredit müqaviləsi üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkarlar Tələbkar1 və Tələbkar2, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, Tələbkar2 ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyin mümkün olmadığına görə məhkəmə iclasına iştirakları olmadan baxılmasına etirazlarının olmadığını bildirmiş, digər Tələbkar1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsi gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar1 və Tələbkar2, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş Tələbkar1 Borclu qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb aliment ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Təqdimata əlavə edilmiş Tələbkar2 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 2(090)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, Tələbkar1 Borclu qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb aliment ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlı, Tələbkar2 Borclu qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin e-2(090)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən aydın olur ki, tələb alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı olduğundan, Borclu həmin icra sənədlərini könüllü icra etmədiyindən və icra sənədlərinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin 2(090)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, Şahbuz Rayon Məhkəməsinin e-2(090)-72/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borclu – xx xxxxxxxx 1978-ci ildə Şahbuz rayonu, Aşağı Qışlaq kəndində doğulmuş və Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-39/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-39/2025
05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver