Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-41/2025 18.06.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-68/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-68/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən mülki iş üzrə iddia təmin olunması, Borclu ilə X5 arasında 19 sentyabr 2013-cü il tarixdə Culfa rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 104 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından olan övladı 05 may 2014-cü il təvəllüdlü X6 anası X2 yanında qalması, 27 aprel 2020-ci il tarixdən hesablanmaqla, 05 may 2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 110 (bir yüz on) manat miqdarında aliment tutularaq uşağın anası X4 ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması qət edilmişdir. Ərizəçi Tələbkar ərizə ilə Şahbuz Rayon Məhkəməsinin 2(090)-68/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə nikah dövründə dünyaya gəlmiş 05 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu tutulan, məhkəmənin müəyyən etdiyi 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına indeksasiya olunmasını xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsində göstərmişdir ki, mən Tələbkar Borclu ilə ailə qurmuşam. Birgə nikahımızdan xx.xx.2014-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Şahbuz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(090)-68/2020 nömrəli qətnaməsi ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (bir yüz on) manat aliment kəsilmişdir. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq olunmuş"Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan RespublikasıQanununun 1-ci maddəsinə əsasən (Maddə 1: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimum məbləği) 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Ərizəçi Tələbkar ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Tələbkar və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2025-ci il tarixli Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən edilibdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment 2020-ci il üzrə minimum əmək haqqının 0,44 misli (110/250=0,44) təşkil etdiyini, 2025-ci il üçün isə ölkə üzrə minimum əmək haqqının 400 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 2(090)-68/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən Borclu Tələbkar xeyrinə tutulan 05 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 110 (bir yüz on) manat miqdarında aliment indeksasiya edilməli, Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Tələbkar ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin 2(090)-68/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 05 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-41/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-41/2025
18.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver