Məhkəmə qərarları › İş №8(090)-45/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-45/2025

10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-45/2025 10.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-257/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsi üzrə alimentinin tutulması qaydasının dəyişdirilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-257/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə cavabdeh Borclu 25 aprel 2010-cu ildə doğulmuş X5 və 21 yanvar 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb iddiaçı Tələbkar verilməsi, alimentin tutulmasının “07” noyabr 2024-cü ildən hesablanması qət edilmişdir. Ərizəçi Borclu ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ondan 25 aprel 2010-cu ildə doğulmuş X5 və 21 yanvar 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb Tələbkar verilməsi barədə icra sənədinin icrası qaydasının dəyişdirilməsi və alimentin tutulmasının 21 yanvar 2008-ci ildə doğulmuş X2 münasibətdə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Borclu ərizəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı Tələbkar ilə aralarında olan nikah Şahbuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)- 272/2023 nömrəli qətnaməsi ilə pozulmuş, nikahın pozulmasından sonra 01 may 2006-cı ildə doğulmuş X3, 21 yanvar 2008-ci ildə doğulmuş X4 və 25 aprel 2010-cu ildə doğulmuş X5 ataları Tələbkar yanında saxlanılmışdır. Şahbuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə ondan 25 aprel 2010-cu ildə doğulmuş X5 və 21 yanvar 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb iddiaçı Tələbkar verilməsi, alimentin tutulmasının əvvəli “07” noyabr 2024-cü ildən hesablanması qət edilmişdir. Sonradan Şahbuz rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli 2(090)-84/2025 saylı qətnamə ilə azyaşlı usaqlardan biri, 21 yanvar 2008-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışdır. Hazırda həmin uşaq onunla yaşayır və saxlanılma xərcləri tərəfindən qarşılanır. Lakin əmək haqqından hələ də hər iki uşağa görə aliment tutulur ki, bu da qanunvericiliyə ziddir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Tələbkar və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş Şahbuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(090)- 272/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, Borclu ilə Tələbkar arasında Şahbuz rayon Qeydiyyat şöbəsində 01 aprel 2008-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikahın pozulmasından sonra 01 may 2006-cı ildə doğulmuş X3, 21 yanvar 2008-ci ildə doğulmuş X4 və 25 aprel 2010-cu ildə doğulmuş X5 ataları Tələbkar yanında saxlanılmışdır. Şahbuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, Borclu 25 aprel 2010-cu ildə doğulmuş X5 və 21 yanvar 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında alimentin alınıb iddiaçı Tələbkar verilməsi, alimentin tutulmasının əvvəli “07” noyabr 2024-cü ildən hesablanması qət edilmişdir. Şahbuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(090)-84/2025 saylı qətnaməsindən müəyyən olunur ki, 21 yanvar 2008-ci ildə doğulmuş X4 anası Borclu yanında saxlanılması qət edilmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (231.1.). Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur (231.2.). Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər (231.4.). “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında (bundan sonra “Qərar”) qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zərurliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. İcra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini barədə ərizə həll olunarkən, bəzi şərtlərə əməl olunması vacibdir. İlk növbədə nəzərə alınmalıdır ki, qətnamənin icra qaydasının və üsulunun dəyişdirilməsi qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, hazırkı işdə qətnamənin icrası qaydasının dəyişdirilməsini zəruri edən hallar müəyyən edilir. Belə ki, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə cavabdeh Borclu 25 aprel 2010-cu ildə doğulmuş X5 və 21 yanvar 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, sonradan Şahbuz rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli 2(090)-84/2025 saylı qətnamə ilə 21 yanvar 2008-ci ildə doğulmuş X1 anası Borclu yanında saxlanılması qət edilmişdir. Hazırda Şahbuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Borclu 25 aprel 2010-cu ildə doğulmuş X5 və 21 yanvar 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb Tələbkar verilməsi barədə icra sənədinin icrası qaydası dəyişdirilməli və alimentin tutulmasına 21 yanvar 2008-ci ildə doğulmuş X2 münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şahbuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(090)-257/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş Borclu 25 aprel 2010-cu ildə doğulmuş X5 və 21 yanvar 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb iddiaçı Tələbkar verilməsi barədə icra sənədinin icrası qaydası dəyişdirilsin və alimentin tutulmasına 21 yanvar 2008-ci ildə doğulmuş X2 münasibətdə xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar