Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-49/2025 05.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Tələbkar1 X3-Bank Kredit Təşkilatının Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-195/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli, Tələbkar2 Açıq Səhmdar Cəmiyyətinin Şəfaət Yavər oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 2(090)-53/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-195/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış “30” yanvar 2023-cü il tarixli, **********600 nömrəli kredit müqaviləsi üzrə 1596.20 (bir min beş yüz doxsan altı manat, iyirmi qəpik) manat əsas, 225 (iki yüz iyirmi beş) manat faiz və 88.97 (səksən səkkiz manat, doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1910.17 (bir min doqquz yüz on manat, on yeddi qəpik) manat məbləğində kredit borcu cavabdeh Borclu tutularaq Tələbkar1 Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilməsi, həmçinin 38.50 (otuz səkkiz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Borclu alınıb Tələbkar1 Qeyri-Bank Kredit Təşkilatı X1 verilməsi qət edilmişdir. Həmçinin Şahbuz Rayon Məhkəməsinin 2(090)-53/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 3208.28 (üç min iki yüz səkkiz manat, iyirmi səkkiz qəpik) manat əsas və 276.20 (iki yüz yetmiş altı manat, iyirmi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3484.48 (üç min dörd yüz səksən dörd manat, qırx səkkiz qəpik) manat məbləğində borc tutularaq iddiaçı Tələbkar2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı Tələbkar2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 54.84 (əlli dörd manat, səksən dörd qəpik) manat miqdarında dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsi 24 iyul 2025-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədləri üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən icra sənədləri üzrə borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkarlar Tələbkar1 X3- Bank Kredit Təşkilatına və Tələbkar2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkarlar Tələbkar1 X3-Bank Kredit Təşkilatının və Tələbkar2 Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş Tələbkar1 X3-Bank Kredit Təşkilatının Borclu qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)- 195/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Təqdimata əlavə edilmiş Tələbkar2 Açıq Səhmdar Cəmiyyətinin Şəfaət Yavər oğluna qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 2(090)- 53/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli icra sənədindən aydın olur ki, kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-195/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli icra sənədindən aydın olur ki, tələb kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu, Şahbuz Rayon Məhkəməsinin 2(090)-53/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli icra sənədindən aydın olur ki, kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı borcu ilə, yəni pul tələbi ilə bağlı olduğundan, Borclu həmin icra sənədini könüllü icra etmədiyindən və icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin 2(090)-195/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli və Şahbuz Rayon Məhkəməsinin 2(090)-53/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli icra sənədləri üzrə borclu – xx xxx 1971-ci ildə Şahbuz rayonu, A.Qışlaq kəndində doğulmuş, Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-49/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-49/2025
05.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver