Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-50/2025 06.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru Nümayəndə iştirakı ilə, Şahbuz Rayon Notariat Ofisinin 8İ-496 nömrəli, 16 aprel 2025-ci il tarixli icra sənədi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya Bölməsinin “İcraata xitam verilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərarından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 verdiyi şikayətə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Notariat Ofisinin 8İ-496 nömrəli, 16 aprel 2025-ci il tarixli icra sənədi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya Bölməsinin “İcraata xitam verilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərarından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 verdiyi şikayəti daxil olmuşdur. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 şikayətini əsaslandıraraq bildirmişdir ki, Şahbuz rayon Notariat Ofisinin 81-496 nömrəli, 16 aprel 2025-ci il tarixdə borclu X1 ümumilikdə 456.11 manat məbləğində borc və 25.40 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair reyestrdə 8İ-496 nömrə ilə qeyd edilməklə icra qeydi aparılmışdır. İcra qeydi icrasının təmin edilməsindən ötrü Şahbuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şöbənin icra məmuru borclu X2 vəfat etdiyini əsas gətirərək, icra sənədinin icraatına xitam verilməsi haqqında 10 iyul 2025-cü il tarixli qərar qəbul etmişdir. Hesab edirik ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, şəxs vəfat etmiş olsa belə, icra məmuru borclunun əmlak vəziyyətini, nikahda olub - olmamasını, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın olubolmamasını araşdırmamış, icra işinə mötəbər sübutlar əlavə etməmiş, O cümlədən borclunun ölümündən sonra vərəsəlik işinin açılıb - açılmaması barədə məlumatın əldə edilməsi üçün və borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə sorğular etməmişdir. Göründüyü kimi icra məmuru icra sənədinin icraatına xitam verərkən iş üzrə tam araşdırma aparmamış, müvafiq sorğular verməmiş və əsassız olaraq xitam barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon İcra və Probasiya bölməsinin icra məmuru Nümayəndə izahatında Şahbuz Rayon Notariat Ofisinin 8İ-496 nömrəli, 16 aprel 2025-ci il tarixli icra sənədi üzrə borclu X5 vəfat etdiyini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Şəbnəm Əliyeva tərəfindən 10 iyul 2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul edildiyini, qərarın “Elektron İcra Sistemindən” çıxarılmış məlumatlara əsasən qəbul olunduğunu, Şəhrinaz Mədədovanın adına daşınar və ya daşınmaz əmlak olmadığını, borclunun əmlak vəziyyəti, nikahda olub-olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın olub-olmaması, borclunun ölümündən sonra vərəsəlik işinin açılıbaçılmaması barədə məlumatın əldə edilməsi üçün və borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin olması barədə sorğu verilmədiyini və məlumatların iş materiallarında olmadığını, sonuncu dəfə 2025-ci ilin may ayında olmaqla borclu Şəhrinaz Mədədovanın pensiyasından tutqu aparıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Tələbkarın verdiyi şikayəti, ona baxılması ilə bağlı məhkəmədə araşdırılmış sübutları tədqiq edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Elektron Məhkəmə İnformasiya Sistemində olan borclunun şəxsi məlumatları üzrə çıxarışdan belə məlum olur ki, borclu X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarla icra məmuru borclunun xx.xx.2025-ci il tarixdə ölməsi və borclu X2 adına daşınar, daşınmaz əmlak və sair gəlirlərin olmadığı tərəfimizdən aşkar edilməməsi əsası ilə icra sənədi üzrə icraata xitam vermişdir. İcra işinə baxış keçirilməsi nəticəsində və icra məmurunun izahatı ilə müəyyən edilmişdir ki, borclunun ölümü müəyyən olunduqdan sonra icra sənədi üzrə icraat dayandırılaraq vərəsələr müəyyən edilmədən icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” qanunun 17.1 və 17.1.1-ci maddələrinə görə məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qanunun 19.1.1-ci maddəsinə görə borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək dayandırılır. Qanunun 20.1.3-cü maddəsinə görə tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi icra məmuru hazırki icra sənədi üzrə borclunun vəfat etməsi və onun adına daşınar, daşınmaz əmlak və sair gəlirlərin olmaması əsası ilə icra sənədinə xitam vermiş, halbu ki qanun yalnız məhkəmə qərarı ilə müəyyən edilmiş tələblər həmin şəxsin vərəsəsinə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilməsini borclunun ölümü halında mümkün hesab edir. Əks halda isə hazırki işdə olduğu kimi icra sənədi üzrə tələblərin vərəsəlik qaydasında keçə bilən olduğu nəzərə alınaraq icra sənədi üzrə icraat dayandırılaraq borcluya məxsus miras əmlakın, ona məxsus hər-hansı maddi dəyəri olan ( mebel, elktrik cihazı, qızıl-zinət əşyası, bank hesabı və sair qeydə alınmalı olmayan) əşyaların olub-olmaması məsələlərini araşdıraraq həmin miras əmlaklarla bağlı vərəsələrin müəyyən edilməsi prosesinə başlanılmalı idi. Qanunun 20.3-cü maddəsinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Halbuki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə belə nəticəyə gəlinmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İcra məmuru isə mirasın açıldığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini qüvvədə düşmüş hesab edən qərarın mahiyyətini nəzərə almadan icra üzrə icraatı dayandırıb müvafiq orqan vasitəsilə vərəsələrin dairəsini müəyyən etmədən, mövcud vərəsələrin mirasdan imtina edib-etmədiyini müəyyənləşdirmədən notariat ofisinin X2 adına daşınar, daşınmaz əmlak və sair gəlirlərin olmadığına istinadən icra sənədi üzrə icraata xitam vermişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. “İcra haqqında” Qanunun; - 20.2-ci maddəsinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. - 20.5-ci maddəsinə görə tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. - 20.6-ci maddəsinə görə icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 1-1-ci maddəsinin tələbinə görə icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 verdiyi şikayəti əsaslı olduğundan təmin edilməli, Şahbuz Rayon Notariat Ofisinin 8İ-496 nömrəli, 16 aprel 2025-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Şahbuz Rayon Notariat Ofisinin 8İ-496 nömrəli, 16 aprel 2025-ci il tarixli icra sənədi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya Bölməsinin “İcraata xitam verilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərarı ləğv edilsin. Şahbuz Rayon Notariat Ofisinin 8İ-496 nömrəli, 16 aprel 2025-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №8(090)-50/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-50/2025
06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver