Məhkəmə qərarları › İş №8(090)-57/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-57/2025

21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-57/2025 21.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X8 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-24/2022 nömrəli, “19” aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqı məbləğinə indeksasiya olunmasına dair X5 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-24/2022 nömrəli, “19” aprel 2022-ci il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(090)-24/2022 nömrəli qərardadı ilə müəyyən olunmuş uşaqların saxlanılması üçün müvəqqəti alimentin tutulması ləğv edilməsi və həmin qərardad əsasında cavabdeh Borclu tərəfindən qətnamənin qəbul edildiyi, yəni “19” aprel 2022-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınıb, cavabdeh Borclu 03 oktyabr 2009-cu ildə doğulmuş X3, 24 mart 2013-cü ildə doğulmuş X6 və 28 iyun 2021-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə üç uşağa görə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi, alimentin tutulmasının əvvəlinin “09” dekabr 2021-ci il tarixdən hesablanması, qətnamə alimentə dair hissədə dərhal icra olunması qət edilmişdir. X1 ərizə ilə Naxçıvan MR Şahbuz rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(090)-24/2022 nömrəli qətnaməsinə əsasən övladları 03 oktyabr 2009-cu il təvəllüdlü X3, 24 mart 2013-cü il təvəllüdlü X6, 28 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş və hər bir uşaq üçün 130 manat ümumilikdə 390 manat sabit pul məbləğində alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, X9 ilə 13 iyun 2013-cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuşuq, nikahımızdan dünyaya gəlmişdir: 1) 03 oktyabr 2009-cu il təvəllüdlü X3; 2) 24 mart 2013-cü il təvəllüdlü X6; 3) 28 iyun 2021-ci il təvəllüdlü X7. 2022-ci ildə Şahbuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(090)-24/2022 nömrəli qətnaməsi ilə nikahımız pozulmuşdur, həmin qətnamə ilə övladlarım 03 oktyabr 2009-cu il təvəllüdlü X3, 24 mart 2013-cü il təvəllüdlü X6, 28 iyun 2021-ci il təvəllüdlü X7 mənim yanımda saxlanılmış və hər bir uşaq üçün 130 manat ümumilikdə 390 manat aliment təyin olunmuşdur. Hal-hazırda həmin məbləğ övladlarımın saxlanılması üçün kifayət etmir. Övladlarımız artıq böyüdüyündən onun zəruri tələbatları artmışdır. X9 övladımızın lazımi tələbatlarının ödənilməsində heç bir köməklik etmir. Bu səbəbdən də aliment məbləğinin artırılmasını istəyirəm. Ərizəçi İ.Dadaşova ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar X10 və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar X13 və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə 2022-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqı 300 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2025-ci il tarixli Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən edilibdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment 2022-ci il üzrə minimum əmək haqqının 0,43 misli (130/300=0,43) təşkil etdiyini, 2025-ci il üçün isə ölkə üzrə minimum əmək haqqının 400 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(090)-24/2022 nömrəli qətnaməsi ilə müəyyən edilən Borclu X5 xeyrinə tutulan 03 oktyabr 2009-cu ildə doğulmuş X3, 24 mart 2013-cü ildə doğulmuş X6 və 28 iyun 2021-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında aliment indeksasiya edilməli, Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(090)-24/2022 nömrəli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 03 oktyabr 2009-cu ildə doğulmuş X3, 24 mart 2013-cü ildə doğulmuş X6 və 28 iyun 2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu X1nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar