Məhkəmə qərarları › İş №8(090)-67/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-67/2025

13.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-67/2025 13.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-143/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasına dair tələbkar Əsgərova (Əlioğlu) Nardan Mövla qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin Şahbuz Rayon Məhkəməsinin 2(090)-143/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən 02 fevral 2013-cü il tarixdə doğulmuş X7 və 19 noyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment Borclu alınıb X5 verilməsi, alimentin tutulmasının 03 may 2023-cü il tarixdən hesablanması, qətnamənin aliment müəyyən edilməsi ilə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Ərizəçi Əsgərova (Əlioğlu) Nardan Mövla qızı ərizə ilə Şahbuz Rayon Məhkəməsinin 2(090)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 02 fevral 2013-cü il təvəllüdlü X3, 19 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi, birgə nikahdan doğulmuş 02 fevral 2013cü il təvəllüdlü X3, 19 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin Borclu ərizəçi (tələbkar) Əlioğlu (Əsgərova) Nardan Mövla qızının xeyrinə tutularaq ödənilməsini xahiş etmişdir. Ərizəçi Əsgərova (Əlioğlu) Nardan Mövla qızı ərizəsində göstərmişdir ki, mən, yəni ərizəçi Əlioğlu (Əsgərova) Nardan Mövla qızı Borclu ilə 13 noyabr 2012-ci il tarixdə ailə qurmuşuq. Nikahımız 06 fevral 2017-ci il tarixdə Şahbuz rayon Qeydiyyat Şöbəsində 06 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahımızdan 02 fevral 2013-cü ildə X7, 19 noyabr 2016-cı ildə X8 doğulmuşdur. Xasiyyətimiz uyğun gəlmədiyindən tərəfimdən Borclu qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbi ” ilə bağlı Şahbuz Rayon Məhkəməsinə müraciət etmiş, müraciətimlə bağlı Şahbuz Rayon Məhkəməsində 2(090)-143/2023 saylı mülki iş mövcud olmuşdur. Şahbuz Rayon Məhkəməsinin 2(090)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, X9 və Borclu arasında 06 fevral 2017-ci il tarixdə Şahbuz rayon Qeydiyyat Şöbəsində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikahın pozulmasından sonra 02 fevral 2013-cü il tarixdə doğulmuş X3 və 19 noyabr 2016-cı il tarixdə doğulmuş X2 X4 yanında qalması, 02 fevral 2013-cü il tarixdə doğulmuş X7 və 19 noyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində alimentin Borclu alınıb X6 verilməsi qət edilmişdir. Bununla yanaşı qeyd etmək istəyirəm ki, Borclu ilə 06 fevral 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmağımız və birgə nikahımızdan 02 fevral 2013-cü ildə X3, 19 noyabr 2016-cı ildə X2 doğulmaları faktı Şahbuz Rayon Məhkəməsinin 2(090)- 143/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapıb, bu faktların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Ərizəçi N.Əsgərova (Əlioğlu) ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar Əsgərova (Əlioğlu) Nardan Mövla qızına və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar Əsgərova (Əlioğlu) Nardan Mövla qızı və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə 2023-cü il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2025-ci il tarixli Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən edilibdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment 2023-cü il üzrə minimum əmək haqqının 0,34 misli (120/345=0,34) təşkil etdiyini, 2025-ci il üçün isə ölkə üzrə minimum əmək haqqının 400 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 2(090)-143/2023 nömrəli, 28 sentyabr 2023cü il tarixli qətnaməsi ilə müəyyən edilən Borclu Əsgərova (Əlioğlu) Nardan Mövla qızının xeyrinə tutulan 02 fevral 2013-cü ildə X3 və 19 noyabr 2016-cı ildə X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat miqdarında aliment indeksasiya edilməli, Borclu Əsgərova (Əlioğlu) Nardan Mövla qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,34 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Əsgərova (Əlioğlu) Nardan Mövla qızının ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin 2(090)-143/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 02 fevral 2013-cü ildə X3 və 19 noyabr 2016-cı ildə X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu tələbkar Əsgərova (Əlioğlu) Nardan Mövla qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,34 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar