Məhkəmə qərarları › İş №8-1(3-6)-10/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-1(3-6)-10/2026

15.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-1(3-6)-10/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Tələbkar Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarın əsasında verilmiş ## ##### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı icra vərəqəsinin icra olunmamasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı onun “##.##.1978-ci il tarixdən- ##.##.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla ## ##### 2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, 2-1(82)- ****/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı Tələbkar ##.##.1978-ci il tarixdən - ##.##.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla, 2004-2005-ci illərin əmək haqqısı əsasında ## ##### 2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2018-ci il tarixli *- *(***)-****/**** saylı qərarı ilə birinci instansiya məhkəməsinin ## ##### 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- ****/**** saylı iş üzrə ## ###### 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1 (***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı ilə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2018-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin ## ###### 2019-cu il tarixli icra sənədinə əsasən, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı icra üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə göndərilmişdir. ##.##.2020-ci il tarixdə tələbkar ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin dayandırıldığını bildirmişdir. Tələbkar Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli qərarının icra edilməsi barədə tədbirlərin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(**)-****/**** saylı qərardadına əsasən, tələbkarın ərizəsi təmin edilmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin ## ##### 2018ci il tarixli, *-*(**)-****/**** saylı qərarının məcburi icrasının təmin edilməsi üçün icra vərəqəsinin Nərimanov rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tələbkar Tələbkar ## ### 2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Nazirliyin Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ##.##.2020-ci il tarixindən dayandırılıb və pensiya işinə dair sənədlərə baxılaraq, ona pensiya təyinatına əsas olmuş sənədlərin saxtalaşdırılmasına əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq, aparılmış araşdırma nəticəsində ona yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən ##.##.2021-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Həmçinin, sözügedən orqandan Nazirliyə daxil olmuş ##.##.2021-ci il tarixli 02/2- ***mat-**/**** nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi və Baş İdarənin İstintaq İdarəsinə göndərildiyi qeyd olunmuşdur. Tələbkar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə daxil olmuş ## ### 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, əvvəllər Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin vəzifəli şəxsləri və qeyrilərinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 29, 32.4, 178.4, 313, 320.1, 320.2-ci maddələri ilə istinaqı aparılan ********* №-li cinayət işi üzrə istintaqın hazırki mərhələsində iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, həmçinin pensiyanın dayandırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsindən daxil olan 1 #.##.2025-ci il tarixli, 2-2- **/*/*/*********/**** saylı cavab məktubu ünvanlanaraq bildirilmişdir ki, sizin Tələbkar pensiya işi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə daxil olmuş ## #### 2025-ci il tarixli müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin vəzifəli şəxsləri və qeyrilərinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan ********* №-li cinayət işi üzrə Tələbkar təqsirləndirilən şəxs qismində cəlb edilməmiş və sonuncunun pensiyasının dayandırılması ilə bağlı hər hansı tədbir görülməmişdir, həmçinin Tələbkar pensiya işi ilə bağlı hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata hissəvi xitam verilərək materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə geri qaytarılmışdır. Hazırda Baş İdarədə Tələbkar barəsində hər hansı araşdırma aparılmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli məlumat bildirişindən məlum olmuşdur ki, icra sənədi üzrə icraata başlanılması, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunması, İcra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borclundan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1 (**)-l***/**** saylı qərardadına əsasən, * saylı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, 2- *(**)-****/**** saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi mümkün hesab edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1 (***)-***/**** saylı qərardadına əsasən, Apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025- ci il tarixli, 2-1 (***)-l***/**** saylı qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *l(***)-***/**** saylı Qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Tələbkar ##.##.2025-ci il tarixli, 3-17-1/2-13-*****/**** №-li cavab məktubunda bildirmişdir ki, ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi dayandırılmışdır. ##.##.2021-ci il tarixindən iddiaçıya 776,87 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya məbləği indeksləşdirilərək ##.##.2022-ci il tarixdən 803.29 manata çatdırılmışdır. Borclu tərəf qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmir, belə ki, ##.##.2008-ci il tarixdən hesablanmaqla, borclu tərəfindən tələbkara 2018-ci ilin dekabr ayından (dekabr da daxil olmaqla) 2020-ci ilin yanvar ayına qədər tələbkarın “xxxx” ASC-də olan ******************** №-li bank hesabına 41.715,76 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləği köçürülmüşdür. Daha sonra 2020-ci ilin yanvar ayında tələbkarın “xxxx” ASC-də olan 33825019442737101199 №- li bank hesabına 105.372,05 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləği köçürülmüşdür. Tələbkar həmin puldan 15.942 manat məbləği bank hesabından çıxarmışdır. Borclu tərəfindən 89.430,81 manat məbləğə isə “stop” qoyulmuşdur. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ##.##.2021-ci il tarixli, *********** saylı məktubuna əsasən, həmin tarixdə hesabda olan 89.430,81 manat məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası geri çəkilmişdir. Qeyd edim ki, ##.##.2020-ci il tarixinədək hesablanmış məbləğdən 89.372,05 manat məbləğdə qalıq hissə və ##.##.2020-ci il tarixdən bugünədək borclunun tələbkar Tələbkar verməli olduğu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilməmişdir. Məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 7 il keçməsinə baxmayaraq, borclu məhkəmənin qərarının icrasından yayınır. İcra sənədinin məcburi icra üçün Nərimanov rayon İcra şöbəsinə göndərilməsindən 2 ildən çox müddət keçmişdir, lakin, icraçı öz vəzifəsini icra etməmişdir. Borclu tərəfindən icra sənədinin məcburi icrası Nərimanov rayon İcra şöbəsinə tapşırılsa da, məcburi icra ilə bağlı heçbir tədbir görülməmişdir. Bugünədək qərardadın icra olununmamasının səbəbi bilinmir. Nəticə olaraq indiyədək sənədin məcburi icrası təmin edilməmişdir. Beləliklə, ##.##.2020-ci il tarixinədək hesablanmış məbləğdən 89.372,05 manat həmin məbləğdə qalıq hissə və ##.##.2020-ci il tarixdən bugünədək borclunun tələbkar Tələbkar verməli olduğu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələbkara ödənilməlidir Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməsi, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, 2-1(82)- ****/**** saylı qərarının icra edilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının "İcra haqqında" Qanununun 43-cü maddəsində öz əksini tapan müvafiq məcburi icra tədbirlərinin görülməsi Nərimanov rayonu icra şöbəsi tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** saylı qərardadının Tələbkar ##.##.2026-cı il tarixli ərizəsinin tələb hissəsinə uyğun olaraq, “* saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *- *(**)-****/**** saylı qərarı əsasında verilmiş icra vərəqəsinin icra olunmamasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilsin ”hissəsi əlavə edilməklə dəyişdirilməsi, qərardadın digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti ərizə ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında gəlinmiş nəticə işin hallarına uyğun deyildir. Çünki iş materiallarından və ərizənin məzmunundan görünür ki, ərizəçinin əsas tələbi icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi olmuşdur.Qərardadın nəticəvi hissəsində isə bu barədə heç bir hüquqi nəticə göstərilməmişdir. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında tərəflər iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin tarixli *-*(*-*)-**/**** saylı, ##.##.2026cı il qərardadı mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya şikayəti ərizə ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında gəlinmiş nəticə işin hallarına uyğun deyildir. Çünki iş materiallarından və ərizənin məzmunundan görünür ki, ərizəçinin əsas tələbi icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi olmuşdur.Qərardadın nəticəvi hissəsində isə bu barədə heç bir hüquqi nəticə göstərilməmişdir. Məhkəmə Kollegiyası ərizəçinin şikayətinin dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbinə hüquqi qiymət vermədən, Nərimanov rayon İcra Şöbəsinin “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulan məcburi icra tədbirlərini həyata keçirməsini qərara almışdır. Belə ki, məhkəmə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbinin əsaslı olduğu nəticəsinə gəlsə də, bunu qərardadın nəticəvi hissəsində göstərməmişdir. Odur ki, məhkəmə Kollegiyası icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbi üzrə ayrıca araşdırma aparmağa lüzum görmür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1.-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə Kollegiyası nəzərə alır ki, ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** saylı qərardadının Tələbkar ##.##.2026-cı il tarixli ərizəsinin tələb hissəsinə uyğun olaraq, “* saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı əsasında verilmiş icra vərəqəsinin icra olunmamasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin ”hissəsi əlavə edilməklə dəyişdirilməsi, qərardadın digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilsin. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı əsasında verilmiş icra vərəqəsinin icra olunmamasına görə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar