Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(102)-1/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili İmanverdiyev Beytulla Dadaş oğlu və cavabdehin vəkili Kərimov Fərhad Azad oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Tələbkar QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(060)-649/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim Ceyhun Məmmədov) Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-617/2003 saylı, xx.xx.2003cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək borc tələbinin “Borclu” məhdud məsuliyyətli cəmiyyətinə məxsus daşınmaz əmlaklara, o cümlədən həmin müəssisəyə aid cavabdehə məxsus daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində borclunun mülkiyyət hüququna xitam verilməsi və Tələbkar qapalı səhmdar cəmiyyətinin mülkiyyət hüququnun tanınması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədo v (sədrlik edən, məruzəçi), Ş.Abasov və A.Abbasov, 8(105)-3/2020 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək, Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə dair işin icraatına xitam verilməsi, Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına izah edilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi barədə tədbirlər görülməsi üçün məhkəmə qətnaməsini icra edən icra qurumuna müraciət etmək hüququna malikdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2003-cü il tarixli, 2(060)-617/2003 saylı qətn aməsinin icra üsulunun dəyişdirilərək borc tələbinin “Borclu” məhdud məsuliyyətli cəmiyyətinə məxsus daşınmaz əmlaklara, o cümlədən həmin müəssisəyə aid cavabdehə məxsus daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində borclunun mülkiyyət hüququna xitam verilməsi və Tələbkar qapalı səhmdar cəmiyyətinin mülkiyyət hüququnun tanınması barədə qərardad qəbul olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, “XXXXXXXX” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı sərəncamın ın icrası ilə əlaqədar olaraq “XXXXXXXX” açıq səhmdar cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına keçmişdir. Qeyd edilən sərəncamın icrası ilə bağlı “XXXXXXXX” açıq səhmdar cəmiyyətinin “Dilarə G” məhdud məsuliyyətli cəmiyyətinə qarşı problemli borc üzrə tələb hüququ da təhvil-təslim aktı əsasında Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına təhvil verilmişdir. Təhvil-təslim sənədləri araşdırılarkən məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2003-cü il tarixli, 2(060)-617/2003 saylı qətnaməsi ilə iddiaçı “XXXXXXXX” açıq səhmdar cəmiyyətinin cavabdeh “Dilarə G” məhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia tələbi təmin edilərək, cavabdeh “Dilarə G” məhdud məsuliyyətli cəmiyyətindən 5.490 ABŞ dolları əsas borc, 5556 ABŞ dolları faiz borcunun-54.125.400 AZM tutularaq “XXXXXXXX” açıq səhmdar cəmiyyətinə ödənilməlidir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Sumqayıt İcra idarəsinə göndərilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə düzgün istinad etməmişdir. Çünki tərəbkar Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə borclunun əmlakının üzərinə həbs qoyulması barədə ərizə ilə deyil, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili İmanverdiyev Beytulla Dadaş oğlu kassasiya ş ikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Kərimov Fərhad Azad oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2003-cü il tarixli, 2(060)-617/2003 saylı qətnaməsinin surətindən görünür ki, “XXXXXXXX” açıq səhmdar cəmiyyətinin “Borclu” firmasına və X1r şı kredit borcunun tutulması və tutmanın təsisçinin mülkiyyətinə yönəldilməsinə dair iddiası təmin edilmiş, “Borclu” firmasından 54.125.400 manatın “XXXXXXXX”nın hesabına keçirilməsi, göstərilən məbləğ ödənilməzsə, tələbin “Borclu” firmasının və təsisçi X2 mülkiyyətində olan daşınar və daşınmaz əmlakın hesabına ödənildilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, hə mçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı ərizəsini qətnamənin icra üsulunun dəyişdirilməsi adlandırsa da, ərizənin məzmunundan görünür ki, faktiki olaraq tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsini xahiş etmişdir. “İcra haqqında” qanunun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həb s qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsinin xüsusiyyətləri “İcra haqqında” qanunun V fəslində nəzərdə tutulmuşdur. Qeyd edilən maddi hüquq normalarına görə tələbin borclunun, o cümlədən borclu hüquqi şəxsin əmlakına yönəldilməsi zamanı ilk növbədə əmlakın üzərinə həbs qoyulmalıdır və tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələbkarın ərizəsinə məhkəmə qaydasında baxıla bilməzdi. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2003-cü il tarixli, 2(060)-617/2003 saylı qətnaməsi ilə “Borclu” firmasından 54.125.400 manatın “XXXXXXXX”nın hesabına keçirilməsi, göstərilən məbləğ ödənilməzsə, tələbin “Borclu” firmasının və təsisçi X2 mülkiyyətində olan daşınar və daşınmaz əmlakın hesabına ödənildilməsi qət edilmişdir. Borcluya məxsus əmlaklar aşkar edilmişdirsə, icra məmuru icraa icraatı qaydasında tutmanın həmin əmlaka yönəldilməsi barədə müvafiq təqdimatla məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qərardadında Tələbkar qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına izah etmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi barədə tədbirlər görülməsi üçün məhkəmə qətnaməsini icra edən icra qurumuna müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Tələbkar QSC BOKT-nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(102)-1/2020
Ali Məhkəmə Qərardad — İş №8(102)-1/2020
25.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver