Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(102)-2/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qərardadından borclu X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: x nömrəli X inin xx.xx.2018-ci il tarixli qərarından şikayət verərək, onun ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim H.Hüseynli) xx.xx.2019-cu il tarixli, xnömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sən ədlər geri qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin qərardaddan verdiyi şikayət Xəzər Rayon Məhkəməsinin (hakim S.Bəhramzadə) xx.xx.2020-ci il tarixli qərardadı ilə rədd edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sərlik edən və məruzəçi), E.Şamayev və M.Məmmədov) xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin qaytarılması üçün işin Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qərardadın ləğv olunmasını və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından verilmiş şikayətə mahiyyəti üzrə baxılması üçün aiddiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından şikayəti qanunla nəzərdə tutulmuş 10 gün müddətində vermişlər. Belə ki, idarəyə xx.xx.2019-cu il tarixdə daxil olmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından həmin şikayəti xx.xx.2020-ci il tarixdə poçt orqanına təqdim etmişlər. Odur ki, şikayət verilməsi üçün qanuni müddəti ötürməmişlər. Prosessual məsələlə r və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayət üzrə apellyasiyanı qeyri-mümkün sayarkən mövqeyini belə əsaslandırmışdır ki, şikayət mövzusu olan qərardad X xx.xx.2019-cu il tarixdə qurumun nümayəndəsi tərəfində n xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Həmin qərardaddan şikayət isə poçt orqanına xx.xx.2020-ci ildə (şikayət vermə müddətinin bitməsindən 2 gün sonra) təhvil verilmiş, lakin buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Bununla belə, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadını xx.xx.2019cu il tarixdə rəsmi qaydada almış və ondan verdiyi **********30 nömrəli şikayəti xx.xx.2020-ci ildə rabitə orqanına təqdim etmişdir (eyni tarixli poçt reyestrinin surəti). Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə olan halda yuxarıda qeyd olunan hal nə zərə alınmaqla sözügedən şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə yenidən qiymət verilməli, zəruri olduqda şikayət vermə müddətinin ötürülübötürülməməsi ilə bağlı hallar tərəflərin iştirakı araşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ləğv edilsin. X şikayəti üzrə apelyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(102)-2/2020
Ali Məhkəmə Qərardad — İş №8(102)-2/2020
17.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver