Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(102)-3/2023 13.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar Tələbkar1, Tələbkar2, X4, X3, Tələbkar4 və X1 cavabdehlər X2 və Borclu qarşı hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiaları ilə bağlı icra işi üzrə QƏRARİ İş № 8(102)-3/2023 (Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsinin nəzərdə tutulmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar Tələbkar1, Tələbkar2, X4, X3, Tələbkar4 və X1 cavabdehlər X2 və Borclu qarşı “hasarın sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiaları ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)281/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərardadından Borclu (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçılar Tələbkar2 və qeyriləri cavabdehlər X2 və Borclu (Üçüncü şəxs kimi Bakı şəhər Səbail Rayon İcra hakimiyyəti qeyd edilən) qarşı “ümumi istifadədə olan zəbt olunmuş torpağın azad olunması, qanunsuz inşa edilmiş daş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Xan lar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində (avtomaşın yolunun əks hissəsi) inşa olunmuş daş hasarın cavabdehlərin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-280/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 3, 1, və 2 saylı mənzillər ilə iddiaçıların yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 saylı binanın arasında (həyət hissəsində) qanunsuz olaraq inşa edilən daş hasarın onu inşa edən cavabdeh Borclu tərəfindən onun hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
3. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1138/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə appelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır.
5. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, icraya yönəldilmiş və icra edilməsi üçün Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə göndərilmişdir.
6. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icratına daxil olmuş, icraata başlanılması barədə qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlu icra vərəqəsinin icrasının qeyrimümkünlüyünə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə geri qaytarılması barədə 260359/22-16-13 nömrəli, 16 mart 2023-cü il tarixli qərar qəbul etmişdir.
7. Həmin qərardan tələbkarlar şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-280/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli icra vərəqəsinin icrasının qeyri-mümkünlüyünə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə geri qaytarılması barədə 16 mart 2023-cü il tarixli qərarını lə ğv edərək icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Bakı şəhəri Səbail rayon İcra şöbəsinə geri qaytarılmasını xahiş etmişlər.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim Mədinə Bağırova) tələbkarlar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-(009)-280/2020 saylı, 23 oktyabr 2020ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması haqqında Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır.
9. Qeyd olunan qərardaddan Borclu nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə şikayət vermiş, ş ikayətdə həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəli, 13 iyul 2023cü il tarixli qərardadı ilə (hakim İlkin Rüstəmli) şikayət təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı ləğv edilərək, tələbkarların Səbail rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun icrası mümkün olmayan icra sənədinin məhkməyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarından vermiş olduğu şikayət təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan 8(009)-194/2023 nömrəli iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər hazırkı 8(009)-173/2023 nömrəli iş üzrə icraatın dayandırması qərara alınmışdır. 1
1. Həmin qərardaddan tələbkarların nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun icra vərəqəsinin icrasının qeyri-mümkünlüyünə görə məhkəməyə geri qaytarılması barədə 16 mart 2023-cü il tarixli qərarının ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəli, 25 iyul 2023cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-281/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qəra rdadı ilə (hakimlər Naniq Cəfərov (sədrlik edən), ikram Şirinov və Xəyal Sarıyev) tələbkarlar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərardadı ləğv olunaraq, borclunun nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardadın nəticə hissəsində, qərardaddan kassasiya şikayəti verilə bilməməsi və qərardadın çıxarıldığı andan qanuni qüvvəyə mindiyi qeyd olunmuşdur.
14. Göstərilən qərardaddan borclunun nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəl i, 03 iyul 2023-cü il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv olunmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-281/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Naniq Cəfərov (sədrlik edən), ikram Şirinov və Xəyal Sarıyev) borclunun nümayəndəsi və vəkili Vəkil şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
16. Həmin qərardaddan borclunun nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini, onun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)173/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadından verdiyi şikayətin baxışa təyin edilməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-281/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərar dadı ilə borclunun nümayəndəsi və vəkili Vəkil şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
18. Borclunun nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-281/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, həmçinin Səbail Rayon Məhkəməsinin 8(009)-173/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadından verilmiş şikayətin mümkün hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmışdır.
19. İş materialları 23 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-281/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərardadından borclunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxı lması üçün Azərbaycan Rsepublukası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
20. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4 -cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 21. maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
22. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
23. Maddə 404-1.2. İşə 24. kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
25. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.
26. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
27. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəll ənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi mümkün olan qərardadların növləri dəqiq göstərilmişdir.
30. Həmin normada icra icraatı ilə bağlı qərardadlar, o cümlədən icra sənədinin təkrar icraya yönəldilməsi, yaxud icra sənədinin təkrar icraya yönəldilməsindən imtina olunması ilə bağlı məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. Mülki Prosessual Məcəllədə icra icraatı ilə bağlı əsas qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığı halda, həmin qərardaddan verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi barədə törəmə qərardaddan da kassasiya şikayətinin verilməsi mümkün deyildir.
31. Həmçinin qeyd olunmalıdır ki, borclunun nümayəndəsi və vəkili Vəkil adı çəkilən qərardaddan verdiyi şikayəti kassasiya şikayəti adlandırsa da, həmin şikayətini apellyasiya instansiya məhkəməsinə ünvünlayaraq daha da xaotik vəziyyət yaratmışdır.
32. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
33. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cava b verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
34. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olub-olmamasını araşdırmalı idi.
35. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti old uğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-281/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərardadından Borclu (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.