Məhkəmə qərarları › İş №8(102)-6/2021

Ali Məhkəmə Qərardad — İş №8(102)-6/2021

03.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(102)-6/2021 03.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xxxun 01 oktyabr 2019-cu il tarixli qərarının ləğv olunmasına dair X1 xxxnun ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi) Azərbaycan Respublikası Şamayev Elşad Yaquboviç, Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2021-ci il tarixli, 8(103)419/2020 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 xxx ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(005)-4859/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xxxun 01 oktyabr 2019-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərardadı ilə tələbkarın ərizəsi təmin edilməmişdir. Tələbkar həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin etməmiş və baxılması üçün şikayət, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli, 8(103)-419/2020 nömrəli qərardadı ilə tələbkarın şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X1 xxx kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2021-ci il tarixli, 8(103)-419/2020 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış və ondan şikayətin verilməsinin qeyri-mümkünlüyü izah olunmuşdur. Buna baxmayaraq X1 xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2021-ci il tarixli, 8(103)-419/2020 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, tələbkarın kassasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərardadı icra sənədi üzrə icraata xitam verilməsindən şikayətlə bağlı olmaqla, həmin qərardaddan kassasiya şikayətinin verilməsi mülki prosessual qanunvericilikl ə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericilikdə barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının məhdud dairəsi dəqiq müəyyən edilmiş və bundan hər hansı istisna, o cümlədən icra sənədi üzrə icraata xitam verilməsi məsələləri ilə bağlı qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Məhz MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi 16 oktyabr 2020-ci il tarixli qərardadından şikayət verilməsinin qeyrimümkünlüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması, özlüyündə ondan şikayət verilməsi imkanını vermir. Belə ki, hə min qərardadın əsasında kassasiya şikayəti verilməsi mümkün olmayan digər qərardaddan kassasiya şikayəti dayanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kassasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqları ilə ziddiyyət təşkil etmir. Belə ki, icra məmurunun qərarından ilkin olaraq birinci instansiya məhkəməsində baxıldığı üçün həmin qərardaddan verilən şikayətə MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən təkrar baxılır. Yəni, qanunvericiliklə belə qərarların yalnız iki instansiya məhkəməsi tərəfindən yoxlanılması nəzərdə tutulmuşdur. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə X1 xxxnun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2021-ci il tarixli, 8(103)-419/2020 nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 8(103)-419/2020 nömrəli qərardadından X1 xxxnun tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar