Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(102)-6/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Borclu “X1 LLC” MMC ilə Tələbkar arasında barışıq sazişinin təsdiq edilməsi barədə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, apellyasiya şikayətinin qeyri-mümkün sayılması, prosessual normaların pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə Borclu “X1 LLC” MMC ilə Tələbkar arasında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayevin təqdimatı üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-335/2022 nömrəl i, 10 oktyabr 2022-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)11179/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 29 dekabr 2021ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)11179/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli icra sənədinin icrasına xitam verilməsi üçün borclu ilə tələbkar arasında bağlanmış 23 avqust 2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır.
3. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 may 2021-ci il tarixli qərardadı ilə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizə təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadında olan yanlışlıq aradan qaldırılmışdır.
4. Bundan sonra Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 500/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün “prosessual müddətin bərpa edilməsi” b arədə ərizə verilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 avqust 2022ci il tarixli qərardadı ilə tələbkarın ərizəsinin təmin edilməməsi və qərardaddan verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərardadı Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə elan olunmuş və 13 yanvar 2022-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Bundan sonra tələbkarın nümayəndəsi Nümayəndə1 məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadının barışıq sazişi ilə birlikdə icra olunması üçün Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Nəsimi rayonu İcra şöbəsinə göndərilməsi barədə xx.xx.2022- ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, tələbkarın nümayəndəsi xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli qərardadına düzəliş edilərək barışıq sazişinin şərtlərinin əlavə olunmasını və qərardadın yenidən icraya göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 202 2-ci il tarixli, 8(103)-335/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-500/2021 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin qaytarılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, şikayət mövzusu olan qərardad 23 avqust 2022-ci il tarixdə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Qərardaddan şikayət isə 06 sentyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir. Mübahisələndirilən qərardaddan tələbkar tərəfindən şikayət v ermək üçün son gün olan tarix - 03 sentyabr 2022-ci il qeyri-iş gününə (şənbə gününə) təsadüf etdiyindən, şikayət vermək üçün son gün 05 sentyabr 2022-ci il tarix olmuşdur. Bununla belə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 qərardaddan şikayəti 06 sentyabr 2022-ci il tarixdə, yəni qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayət üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qiymət vermədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)500/2021 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Tələbkar (vəkil və qanuni nümayəndə) Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və birinci instansiya məhkəməsinin buraxılmış müddətin bərpa edilməsi haqqında qərardadın ləğv edilməsi və verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elekt ron məhkəmə sistemi tərəfindən qərardadın çıxarılması barədə məlumat nümayəndəyə email poçt vasitəsilə göndərilmiş, lakin qərardadın nümayəndənin elektron kabinetinə əlavə edilməsi barədə bildiriş nümayəndəyə göndərilməmişdir. Məhkəmə qərardadını tələbkarın nümayəndəsi təsadüfən elektron kabinetə baxarkən görmüş və ikisi qeyri-iş gününə təsadüf edən 4 gün ərzində şikayət tərtib edərək xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
12. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
13. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
15. Maddə 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir
16. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 130.2 Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
18. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
19. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
20. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normala rı düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qərardad 23 avqust 2022-ci il tarixdə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Qərardaddan şikayət isə 06 sentyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir. Mübahisələndirilən qərardaddan tələbkar tərəfindən şikayət vermək üçün son gün olan tarix - 03 sentyabr 2022ci il qeyri-iş gününə (şənbə gününə) təsadüf etdiyindən, şikayət vermək üçün son gün 05 sentyabr 2022-ci il tarix olmuşdur. Bununla belə Tələbkar nümayəndəsi və vəkili Nümayəndə1 qərardaddan şikayəti 06 sentyabr 2022-ci il tarix də, yəni qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddət ötürülməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır.
29. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır, onu qanuni və əsaslı hesab edir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlamaqla düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tələbkar kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-335/2022 saylı iş üzrə 10 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.